15 C
Baku
Friday, April 26, 2024

Stiven Blumberq –dünyanın ən dahi kitab oğrusu

20 il ərzində Stiven Blumberq 200 000-dən artıq nadir kitab və 11 000-dən artıq qədimi əl yazma nümunəsi oğurlamışdır. O, asta-asata ABŞ və Kanadanın ən nəhəng universitetləri nəzdndə fəaliyyət göstərən 268 kitabxananı dolaşmışdır. Oğurlanmış nəşrlərin ümumi dəyəri 20 milyon dolları üstələyir. 

Blumberq şizofreniya (şəxsiyyətini ikiləşməsi) xəstəyliyindən əziyyət çəkir və kitablara inanılmaz bağlılıq nümayiş etdirirdi: O, öz kolleksiyasının mənzilinin şkaflarında saxlayır, gah bu, gah da digər kitabı oxumağa keçirdi. Görünür ki, o, öz fəaliyyətinə həddindən artıq ciddi yanaşır və öz zəhmətini yüksək qiymətləndirdi. Onun bu kitabları oğurlama metodları da olduqca zəngin idi. Bundan ötrü o, kitabxana işçilərinin etibarı qazanmağa çalışır, o sənədləri oğurlayaraq, saxtalaşdırır, zirzəmilər və kitab saxlanan kameralara xüsusi açarlar düzəltdirir, hətta ventilyasiya və lift şaxtaları vasitəsi ilə bu otaqlara daxil olurdu.

O, oğurlanmış kitablardan heç birini nə satmayıb, nə də onları korlamayıb. Həbs edilərkən yaşadığı ev böyük bir nəşriyyatın arxivini xatırladırdı. Stiven həbsxana kitabxanasının daimi oxuyucusuna çevrildikdən bir az sonra, FTB-nin və kitab mütəxəssislərinin qarşısında bütün oğurlanan kitabların ehtiyatla tanınması məsələsi dayanırdı –bəzi banklar öz kitab fondlarının bir hissəsinin itməsindən ümumiyyətlə xəbərsiz idi. 1995-ci ildə “Blumerq kolleksiyasında” olan kitabların hamısı The Book Return bazasına daxil edilir və yalnız bir neçə ay intensiv zəhmətdən sonra bütün kitabxanalar oğurlanmış kitabları geri alırlar. Kitablar ilə yanaşı kitabxanalara həmçinin Blumberqə həsr olunmuş çox da böyük olmayan bir sənədli film gəlir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər