4 C
Baku
Friday, March 29, 2024

“Strasburqda avtomobillərin parkinq qiyməti 4 Evrodur”

Son iki gündə Avropanın mərkəzi şəhərlərindən  olan Bazel və Strasburqda oldum. Əlbəttə, Bazeldə olan zoopark və ya şəhərin tarixi abidələri haqqında saatlarca danışmaq olar, amma bu yazıda mən Sizə İsveç haqqında deyil, Avropanın “siyasi” paytaxtı hesab edilən və mənim gözümdə Parisdən daha gözəl olan Strasburq və ya Strasburqda yaradılan mükəmməl infrastruktur barədə danışmaq istəyirəm. İnfrastruktur dedikdə də… çox dərinə getməyəcəm, cəmi iki məsələ şəhərdə qurulan parkinq və ümumi nəqliyyat sistemindən danışacam. Çox istəyirəm ki, Bakımızdada “nə vaxtsa” deyil, tezliklə belə sistemlər olsun.

 Əslində Fransada, demək olar ki, butün şəhərlər, istər Nitsası, istər Kanı, istər Marseli və ya əfsanəvi Parisi daim “çalıb-oynamaq” əhvalında olur. Bu bir növ “fransuz” xasiyyəti kimi, ola bilsin şəhərləri keçib, lakin Strasburqda əhval-ruhiyyə daim xüsusi olur.

Strasburqda avtomobil sürmək demək olar ki mümkünsüzdür. “Mümkünsüz” demək azdır, Strasburqda avtomobil sürmək istər mənim kimi, savadsız “turist” üçün, istərsədə bu şəhərdə yaşayan sakinlər üçün mənasızdır. Bunu “mənasız” edən heç bir şəkildə Strasburq “tıxacları”, “yol polisləri”  ya da yolların “yama” ilə dolu olması deyil. Strasburqda Avropada ilk dəfə olaraq parkinq sistemi şəhər nəqliyyatı ilə vahid idarə edilir. Sonra parkinq prinsipi izah etməyə başlayacam.

Şəhər üzrə Parking Relais (P+r) sistemi fəaliyyət göstərir. Xatırladıram ki, bu sistem ilk dəfə Avropa ölkələrindən məhz Strasburqda fəaliyyət göstəriməyə başlayıb. Şəhərin müxtəlif istiqamətlərində yerləşən 8-ən çox parkinq sistemi vasitəsi ilə, avtomobili parkinq etdikdən sonra, tamamiylə ödənişsiz troleybus vasitəsi ilə şəhərin istənilən yerinə pulsuz getmək olur. Bu sistemlə Strasburqda avtomobillə gəzməz tam mənasızlaşır. Gün ərzində bir avtomobilin parkinq qiyməti cəmi 4 Evrodur. Bu qiymətə 7 nəfərə qədər sərnişinin trolleybusla şəhərdə gəzmə qiyməti və 12 saatlıq parkinq daxildir! Nəyin ki, Avropa… elə Bakımız üçündə son dərəcə ucuz qiymətdir.

Məlumdur ki, Strasburq Avropada Amsterdamdan sonra, adam başına ən çox velosiped olan şəhərlərdəndir. Avtomobili parkinqdə saxlayaraq, elə yerindəcə velosiped də icarəyə götürmək olar. Qiyməti bir günə təxminən 7 Evrodur. Velosipedləri şəhərin bir yerində götürüb, digər punktlar olan istənilən digər yerdə təhvil vermək olur. Europacar sistemi kimi.

Sözü gedən 8 P+r sistemi ilə olan parkinqlərdən başqa şəhərin tarixi mərkəzində yerləşən 4 parkinq var. Bu parkinqlərdə avtomobillərin saxlama qiyməti son dərəcə bahadır. Məsələn, 3 saat Strasburq mərkəzi parkinqlərində saxlamaq 16 Evroyadır.

Şəhərdə küçə qıraqlarında olan parkinqlərdə isə, ümumiyyətlə maksimum durma vaxtı 2 saat qoyulub, yəni həm qiymət, həm saxlama vaxtı olaraq Strasburq mediyası tam çalışır ki, şəhər mərkəzində avtomobil olmasın.

Dostlar Sizi bilmirəm, mən Bakımızda olan bu gün ki, parkinq xidmətlərindən çox razıyam. Əlbəttə, bu o demək deyil ki, bizdə də elə Strasburq kimidir… AMMA son illərdə olan dəyişikliklər müsbət tərəfədir. Məsələn, mən İqtisad Universitetində mühazirələrə getdiyim zaman, avtomobili hər zaman, ЦУМ-un qarşısında olan parkinqdə saxlayıram. Çoxları narazılıq edir, deyir piyada çox getmək lazım olur və s. Bilmirəm. Bəlkə mən gözümü açandan piyada gəzdiyimdəndir, nədir… amma inanın mənə bu gün şəhərdə avtomobil sürməkdənsə və probkada qalmaqdansa, rahat parkinq edib piyada gezmək daha xoşdur. Təkrar edirəm, bəlkə bunun səbəbi mənim hər zaman piyada gəzməyimdən olub!?

Bakımızda olan parkinq mədəniyyətinin artırılması mənim fikrimcə, ilk növbətə biz vətəndaşlardan asılıdır. İnanın, Strasburqlar, Freiburqar və ya Basellər dünyada olan ən ideal parkinq sistemini birdən-birə qurmayıblar. Biz hamılıqla küçədə maşın saxlamaq “xəstəliyindən” xilas olmalıyıq. Bu olmadan bizdədə xaricdə gördüyümüz standartlar olmayacaq”.

Hardan olduğumuzdan asılı olmayaraq son və ilk nöqtəmiz doğma şəhərimiz olacaq. Hər birimiz şəhərimizdə olan nəqliyyat sisteminin yaxşılaşması üçün öz faydamızı verməliyik, inanıram ki, şəhər meriyasınında dəstəyi ilə mükəmməl Bakı mənzərəsinə az qalıb!

Müəllif: İlkin Manafov

Son xəbərlər
Digər xəbərlər