Strateji planlaşdırma və marketinq şöbəsinin müdiri – Expressbank

Biznesin inkişafı departamenti / Strateji planlaşdırma və marketinq şöbəsinin müdiri

Namizədə olan tələblər:
∙ Bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
∙ Marketinq sahəsində minimum üç illik təcrübəyə malik olması;
∙ Marketinq və bazar araşdırmalarını dərindən bilməli 
∙ Şöbənin işlərini planlaşdırma bacarığına malik olması;
∙ Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti; 
∙ Rus,İngilis dillərində sərbəst danışıq bacarığı;
∙ Komputer proqramlarını dərindən bilməsi

İş barədə məlumat:

∙ Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;
∙ Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;
∙ Məhsulu və xidmət yaratmaq və onun satış kanallarının müəyyən edilməsini təşkil etmək.
∙ Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daima təkmilləşdirmək;
∙ Satışın təşkilinə köməklik etmək;
∙ Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərmək;
∙ Məhsul və xidmətlərin satışında müştəri xidməti strukturarına və Kreditlərin idarəedilməsi və Nəzarət departamentinə yaxından köməklik göstərmək;
∙ Bankın imicinin formalaşmasını təmin edən tədbirlər görmək;
∙ Bankın broşuralarının və illik hesabatının hazırlanması;
∙ Bankın internet səhifəsində məlumatların yeniləşməsinə nəzarət;
∙ Bankda keyfiyyətə nəzarət işini təşkil etmək;
∙ Azərbaycandan kənar yeni tərəf-müqabil bankların və maliyyə institutlarının müəyyən olunması üzrə işləri görmək;
∙ Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə satış işçilərinin hazırlanması ;
∙ Satişa dəstək ola biləcək digər bütün işlər;

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub cv@expressbank.az ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək. CV yükləmək.