26 C
Baku
Friday, April 19, 2024

Şübhəli əşyaya görə rus bankının ofisi bağlandı

“Sberbank”ın Liqov prospektində yerləşən filialı müvəqqəti olaraq bağlanıb, səbəb isə ofisdə aşkar edilən şübhəli əşya olub. Filialda olan hər kəs təxliyə edilib.

Bu barədə RİA Novosti-yə “Sberbank Rossiya”nın Şimali-qərb bankının mətbuat xidmətindən bildirilib.

“Şübhəli bağlama aşkar edilib. Təlimata uyğun olaraq təxliyə işləri aparılıb. Hazırda yoxlama aparılır, yoxlamadan sonra ofis işini bərpa edəcək”, – bankın mətbuat xidmətində bildiriblər.

Daha öncə KİV-də Liqov prospektində xüsusi təyinatlıların “Sberbank”ın ofisinin yerləşdiyi binanı mühasirəyə almasına dair məlumat yayılmışdı.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər