Sumqayıt Kimya Sənaye Parkı yeni rezident alıb

“LabDisc Azerbaycan” MMC Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti statusu alıb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 200 metr kvadratmetr ərazidə yerləşən şirkət təlim prosesində istifadə olunan elektron cihazlar və avadanlıq istehsal edəcək.

Şirkət İsrail texnologiyası əsasında Mobile Science Cart, IPRO – Labdisc Biochem, IPRO – Labdisc Physics, Force Sensor və Intel Tablet  istehsal edəcək. Müəssisədə 40-dan çox adam işləyəcək.

📝 RƏY BİLDİR