22 C
Baku
Friday, April 19, 2024

“Sumqayıt Kimya Sənaye Parkı” zərər edib

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin aktivləri illik 25% artaraq 2017-ci il 31 dekabr tarixinə 136 198 min manat təşkil edib.

Bu barədə cəmiyyətin “Baker Tilly Audit Azərbaycan” MMC tərəfindən keçirlən 2017-ci il üzrə audit hesabatında deyilir.

Sənədə əsasən, bu müddətdə “Sumqayıt Kimya Sənaye Parkı”nın cəmi öhdəlikləri də 3,5 dəfə artaraq 2 112 min manatdan 7 372 min manata yüksəlib. Cəmiyyətin səhmdar kapitalı dəyişməyərək 500 min manat səviyyəsində qalıb, cəmi kapitalı isə illik 20% artaraq 128 826 min manata çatıb.

Cəmiyyət 2017-ci ildə 17 881 min manat zərər edib ki, bu da əvvəlki illə müqayisədə 9% azdır.

2017-ci ildə “Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC-yə dövlət investisiyaları 39 mln. 71,467 min manat məbləğində olub.

SKSP-də dövlət investisiyaları 195 mln. 19,490 min manat məbləğində qiymətləndirilir. 2016-cı ilin sonuna bu rəqəm 155 mln. 309,023 min manat təşkil edib.

2016-cı ildə SKSP-nin xətti ilə həyata keçirilən layihələrə dövlət investisiyaları 61 mln. 356,953 min manat məbləğində olub.

Son xəbərlər
Digər xəbərlər