14 C
Baku
Tuesday, April 16, 2024

“Sumqayıt Kimya Sənaye Parkı”na teplovoz xətləri çəkilir – tender

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC Sumqayıt Kimya Sənaye Parkının 167.66 hektar ərazisinin teplovoz hərəkətli dalan dəmir yolunun (daxili və xarici) tikintisi işlərinin satınalınması üçün açıq tender elan edib.

Məlumata görə, Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üçün 500 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti, 37, “Demirchi Tower” ünvanında yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)


H/h: AZ65PAHA38090AZNHC0190006581

VÖEN: 2902478331

Bank: “PAŞA Bank” ASC

Bankın VÖEN-i: 1700767721

Bankın kodu: 505141

SWİFT: PAHAAZ22

M/h: AZ82NABZ01350100000000071944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Son xəbərlər
Digər xəbərlər