“Sumqayıt Texnologiyalar Parkı” 3 vəzifə üzrə vakansiya elan edir

Vəzifənin 1: Layihə Meneceri (Tikinti sektoru üzrə – 1 nəfər, Neft və qaz sektoru üzrə – 1 nəfər)

Vəzifə öhdəlikləri:

• Layihənin həcmini rəhbərliklə birlikdə müəyyən etmək;
• Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planı hazırlamaq;
• Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/ kontraktorları düzgün koordinasiya etmək;
• Layihənin tələb olunan keyfiyyətdə vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
• İşin həcmini və məqsədlərini bütün layihə tərəfdaşlarını cəlb edərək irəli aparmaq və texniki mümkünlüyü müəyyən etmək;
• Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək;
• Layihənin cədvəlini, proqramını rəhbərliklə birlikdə və eləcə də layihənin fəaliyyətinin təsir edəcəyi digər heyət üzvləri ilə nəzərdən keçirmək; layihə üzrə cədvəli, proqramını tələb olunan formada nəzərdən keçirmək;
• Layihə performansını, həcmini, qrafikini və xərclərini müvafiq sistemlər, vasitələr və texnikalarla ölçmək;
• Ehtiyac olduqda rəhbərliyə hesabat hazırlamaq və məruzə etmək;
• Layihə tərəfdaşları və müştərilər arasında münasibətləri tənzimləmək;
• Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi;
• Üçüncü tərəflərlə/kontraktorlarla münasibətləri yaratmaq və tənzimləmək;
• Bütün layihə məlumatlarının lazımi qaydada sənədləşməsinə və təhlükəsizliyinə əmin olmaq üçün fayl sisteminin qurulması;
• Layihə haqqında rəhbərlik üçün hesabat yazmaq;
• Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu qiymətləndirmək.

Təhsil/Təcrübə:

• Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyinə malik olmalı;
• Analoji sahədə azı 2-3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək (MS project il işləmə bacarığı arzuolunandır);
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.


Vəzifənin 2: Araşdırma və təhili üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

• Bazar araşdırmaları aparmaq;
• Sorğu və hesabat formaları təşkil etmək;
• Təqdimatlar hazırlamaq;
• Pərakəndə aksiyalar həyata keçirmək;
• Pərakəndə aksiyaların nəticələri barədə hesabat təqdim etmək;
• Vaxtaşırı bazar ziyarətləri;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Təhsil/Təcrübə:

• Ali təhsil (Marketinq sahəsi üzrə arzuolunandır);
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Kollektivdə işləmək bacarığı;
• Şəxsi maşının olması arzulunandır;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.


Vəzifənin adı Müştəri xidmətləri üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

• Cəmiyyətdə Məlumat Mərkəzi işinin təşkilində və aparılmasında iştirak etmək;
• Müştəri məmnuniyyəti sorğularının aparılması;
• Şikayətlərin İdarə Olunması sisteminin təşkili;
• Cəmiyyətdə gələn qonaqlarla görüşlərdə aparmaq;
• Marketinq şöbəsində sənədləşmə işlərinin təşkili;
• Sosial media ilə bağlı işlərin aparılmasında iştirak;
• Sorğu və hesabat formaları təşkil etmək;
• Təqdimatlar hazırlamaq;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məhsuliyyətlə yerinə yetirmək.

Təhsil/Təcrübə:

• Ali təhsil (Marketinq sahəsi üzrə arzuolunandır);
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: recruitment@stp.az  və ya  cv@stp.az