15 C
Baku
Friday, March 29, 2024

“Sumqayıt Texnologiyalar Parkı” kütləvi vakansiya elan edir: İŞ VAR

1. Gidravlika üzrə usta

Vəzifə öhdəlikləri:

• Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
• Avadanlıqların hidravlika sahəsində  baxış, texniki sınaq və profilaktik təmir işlərini təşkil edir.
• Planlı təmir üçün planların təşkilində, siyahıların tərtib ediməsində iştirak edir, öz təkliflərini verir, lazımi texniki sənədlərlə tanış olur və digər struktur bölmələri ilə əlaqəli işləməni təşkil edir.
• Hidravliki avadanlıqların təmirində, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasında, təmirin keçirilməsində, smeta xərclərinin hesablanmasında, ehtiyat hissələrinin və materialların alınması üçün siyahıların hazırlanmasında iştirak edir.
• İstehsalat sahələrində olan hidravlik qurğuların və mexaniki avadanlıqların vaxtında və keyfiyyətli təmir olunmasını təşkil edir.
• FPTM-də və induksiya sobalarında  hidronasos və hidroakumulyator stansiyalarının işini idarə edir.
• Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik  avadanlıqların təmirini həyata keçirir.
• Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
• Yağ nasoslarının  təmizlənməsini və nasazlarının dəyişdirilməsini təmin edir.
• Hidravlik sisteminin stabil işini təmin edir.
• Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır.
• Yağ və digər tutumları yağ və işçi mayelərlə doldurur.
• Təkrar soyutma roliklərinin yağlanmasını təmin edir.
• Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir.
• İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir.
• Təmir briqadalarının işçilərinə rəhbərlik edir.
• İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
• Dəzgahların hidravlika hissəsinin mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir.
• Avadanlıqların işinin yaxşılaçdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.
• İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
• Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasını, avadanlıqların istismarı zamanı təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılmasını  təmin edir.
• Əsas vəsaitlərin inventarizasiyasında iştirak edir, köhnəlmiş avadanlıqların, əsaslı təmir tələb olunan obyektlərin  təmirində iştirak edir.
• Daha effektli avadanlıqların tətbiq olunması, plansız təmirlərin və təmir xərclərinin azaldılması, üçün təkliflər verir.
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadəni təşkil edir.
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.


Poladəridən köməkçisi

Vəzifə öhdəlikləri:

• Sexdə yerləşən induksiya tipli poladəritmə sobalarında poladəritmə prosesinin aparılmasını təmin edir.
• Hər ərintidən əvvəl poladəridənin tapşırığı ilə sobanın içində donub qalmış metal qırıntısını təmizləyir,  yaranmış çuxurları məhlulla doldurur
• Əritmə üçün sobanın yanına yığılmış metal şixtəni tərkibinə görə çeşidləyir.
• Nasazlıqlar aşkar olunmazsa poladəridənin tapşırığı ilə sobanın içinə metal qırıntılarının doldurulmasına başlayır.
• Metal əridikcə sobanın üzərinə yığılan posanı təmizləyir.
• Soyutma sisteminin və nəzarət ölçü cihazlarının işinə nəzarət edir.
• Sobanın elektrik və istilik rejimini yoxlayır və nəzarət edir.
• Nizamlayıcı və qoruyucu mexanizmlərin siqnallarına və göstəricilərinə nəzarət edir və onlara uyğun hərəkət edir.
• Sobanın vəziyyətinə və elektrik enerjisindən qənaətlə istifadə olunmasına nəzarət edir.
• Ərinmiş metalın lazımi temperatura çatdırılmasını və çalova boşaldılmasını poladəridənin tapşırığı ilə yerinə yetirir.
• Metalın əridilməsi üçün lazım olan komponentlərin(antrasit, saflaşdırıcı ferroərintilər və s.) varlığını, ölçülməcini və qənaətli səfriyyatını təmin edir.
• Təmirdən sonra sobanı qəbulunda iştirak edir.
• Təmirdən sonra sobanın qrafik üzrə qızdırılmasında iştirak edir.
• Xüsusi geyim və FMV-dən istifadə edir.
• Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir.
• Sifariş üzrə əridilən metalların növlərini, markalarını və kimyəvi tərkiblərini bilməlidir.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.
• Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə edir.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirir.
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət edir.
• Sahədə kənar şəxslərin olmasına yol verməməli.
• İş yerini daim təmiz saxlamalı .

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.


3. Poladəridən

Vəzifə öhdəlikləri:

• Sexdə yerləşən induksiya tipli poladəritmə sobalarında poladəritmə prosesinin aparılmasını təmin edir.
• Hər ərintidən əvvəl poladəridənin tapşırığı ilə sobanın içində donub qalmış metal qırıntısını təmizləmək üçün köməkçilərinə tapşırıq verir, yaranmış çuxurları məhlulla doldurur.
• Əritmə üçün sobanın yanına yığılmış metal şixtənin tərkibinə nəzarət edir.
• Nasazlıqlar aşkar olunmazsa növbə rəisinin tapşırığı ilə sobanın içinə metal qırıntılarının doldurulmasına göstəriş verir.
• Metal əridikcə sobanın üzərinə yığılan posanı təmizləyir.
• Soyutma sisteminin və nəzarət ölçü cihazlarının işinə nəzarət edir.
• Sobanın elektrik və istilik rejimini yoxlayır və nəzarət edir.
• Nizamlayıcı və qoruyucu mexanizmlərin siqnallarına və göstəricilərinə nəzarət edir və onlara uyğun hərəkət edir.
• Sobanın vəziyyətinə və elektrik enerjisindən qənaətlə istifadə olunmasına nəzarət edir.
• Ərinmiş metalın lazımi temperatura çatdırılmasını və çalova boşaldılmasını poladəridənin köməkçilərinə tapşırır.
• Metalın əridilməsi üçün lazım olan komponentlərin(antrasit, saflaşdırıcı ferroərintilər və s.) varlığını, ölçülməcini və qənaətli səfriyyatını təmin edir.
• Təmirdən sonra sobanı qəbul edir.
• Təmirdən sonra sobanın qrafik üzrə qızdırılmasını təmin edir.
• İşçilərin xüsusi geyim və FMV-dən istifadə etmələrinə nəzarət edir.
• Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadı olunmamasına əməl edir.
• Sifariş üzrə əridilən metalların növlərini, markalarını və kimyəvi tərkiblərini bilməlidir.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.
• Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə edir.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirir.
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət edir.
• Sahədə kənar şəxslərin olmasına yol verməməli.
• İş yerini daim təmiz saxlamalı .

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.


4.Kran maşinisti

Vəzifə öhdəlikləri:

• İstehsalat proseslərini təmin etmək üçün müxtəlif yüktutma vasitələri ilə təmin olunmuş körpülü kranları idarə edir.
• Sexlərdə işin xarakterinə uyğun olaraq verilən tapşırıqları yerinə yetirir.
• Kranın yükqaldırma vasitələrinin, əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır.
• Kranda aşkar olunmuş nöqsanların aradan qaldırılmasında iştirak edir.
• İşdən əvvəl kranın bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır.
• İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir.
• Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir.
• Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir.
• İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli.
• Kranda kənar şəxslərin olmasına yol verməməli.
• İş yerini daim təmiz saxlamalı.
• İstehsal olunmuş məhsulun təhlükəsiz daşınmasını və səliqəli yığılmasını yerinə yetirməli.

Təhsil/Təcrübə:

• Orta texniki təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• Müvafiq sertifikat
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.


5. Növbə rəisi

Vəzifə öhdəlikləri:

• Sexin bölmələri  ( briqadalar ) tərəfindən istehsal tapşırıqlarının yerinə  yetirilməsini təmin edir, məmulatların təyin olunmuş texnologiya ilə istehsalının saxlanılmasına, işin təşkilinə, məhsulun keyfiyyətli və ritmik buraxılışının təşkil olunmasına nəzarət edir.
• Sexdə olan avadanlıqların(sobaların və s.) növbə ərzində işini və yüklənməsini, istehsal hazırlıqlarını qrafik üzrə təşkil edir.
• Sexin enerji növbə ərzində resursları və materiallarla təmin olunmasına nəzarət edir.
• Texnoloji proseslərin düzgün aparılmasına və avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət edir.
• Xammaldan, materiallardan, düzgün istifadə olunmasına nəzarət edir, istehsalın gedişinə mane olan əngəlləri aradan qaldırır.
• İstehsalatın planlaşdırılması işində, vaxt normalarının yaxşılaşdırılmasında, iş yerinin attestasiyası və müasirləşdirilməsində, əmək məhsuldarlığının yüksəldilməsi üçün metodların işlənilməsində yaxından iştirak edir.
• Növbə ərzində istehsalat dayanmalarını analiz edir, boşdayanmaların  və məhsulun keyfiyyətini aşağı salan çatışmazlıqların aradan qaldırılmasında iştirak edir .
• Məhsulun iş yerlərində  operativ hesabatını və istehsalat tapşırıqlarının yerinə yetirilməsini təşkil edir.
• İşçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etməsinə nəzarət edir və bu qaydaları pozanlara qarşı tədbir görmək üçün sex rəhbəri qarşısında vəsadət qaldırır .
• Sahələrin işinə nəzarət edir və əlaqələndirir.
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
• Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.
• Avadanlıqların boşdayanmalarının, tez xarab olmasının, qəzaların səbəblərinin araşdırılmasında iştirak edir.
• Təmir işləri aparılan zonanın hasarlanmasına və həmin sahəyə kənar şəxslərin girişinin məhdudlaşdırılmasına  nəzarət edir.
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadə edilməsinə nəzarət edir.
• Mal və materiallardan səmərəli istifadə olunmasını təşkil edir.
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir.
• Rəhbərlik etdiyi növbədə  dövlət, beynəlxalq və digər standartlara və texniki tələblərə cavab verməyən məhsul istehsalının qarşısını almaq.
• İstehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək.
• Sexdə istehsal qurğularının iş prinsipini,texnoloji sxemi, texnoloji rejim normalarını,avadanlıqların və qurğuların təhlükəsiz istismar qaydalarını bilmək və ona riayət etmək.
• Növbədə baş vermiş qəzaların, bədbəxt hadisələrin, istehsalat zədələnmələrinin səbəbini araşdırmaqda, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməsində iştirak etmək.
• İşçilərlə iş yerində texniki təhlükəsizliyə və yanğın təhlükəsizliyinə dair müvafiq təlimatların keçirilməsini təmin edir.
• İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək və istehsalat intizamını  pozanların cəzalandırılması haqqında təkliflər verir.

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə 5 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində  əsas   sayılan  qanunvericilik  və    Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.


6. Poladtökən operator

Vəzifə öhdəlikləri:

• FPTM-ı işə hazırlayır.
• Üstündə poladtökən çalov olan arabanın, aralıq çalovun, kristallaşdırıcının, poladtökmə zamanı istifadə olunan avadanlıq və köməkçi vasitələrin və s. tökmə əməliyyatına başlamazdan əvvəl tam şəkildə hazır olmasını təşkil eir.
• Qaz və oksigen xətlərinin vəziyyətini yoxlayır.
• Dartıcı elementi(zatravka) kristallaşdırıcıya daxil edir.
• Körpülü kranla arabacığa yerləşdirilən çalovu aralıq çalovun üzərində yerləşdirir, şiberi açır, aralıq çalovun 1/5 hissəsi dolandan sonra aralıq çalovun altındakı stəkanları açaraq metal şırnağını kristallaşdırıcıya yönəldir və metalın vəziyyətindən asılı olaraq tökmənin sürətini nizamlayır.
• Əsas idarəetmə pultundakı operatorla daım əlaqə saxlayır və ona göstərişlər verir.
• Tökmə əməliyyatı başa çatandan sonra maşını yeni ərintinin tökülməsinə hazırlayır.
• Kristallaşdırıcının yağlama sisteminin işini və çəndə yağın səviyyəsini yoxlayır.
• Zatravka vəkristallaşdırıcı arasındakı boşluğu doldurur.
• Tökmə zamanı soyutma sisteminin işinə və su sayğaclarının göstəricilərinə nəzarət edir.
• Nəzarət-ölçü, qəza xəbərverici və qoruyucu mexanizmlərin siqnallarına diqqət yetirir.
• Ərinmiş metalın tökülmə ehtimalı olan yerlərdə nəmişilyin olmamasını təmin edir.
• İşin sonunda iş yerini səliqəyə salır və yeni növbəni sahədə baş verənlərlə tanış edir.
• Hər müxtəlif markalı və temperaturlu ərintilərin tökülmə xüsusiyyətlərini öyrənir və əməl edir.
• Sıxılmış qaz, oksigen və havadan istifadə qaydalarını öyrənir və əməl edir.
• Yellənmə mexanizminin işinə və su çiləyicilərin düzgün işləməsinə nəzarət edir.
• Qazla metalkəsmə avadanlıqlarının vəziyyətinə nəzarət edir.
• Avadanlıqlarda nizamlama və təmir işlərində iştirak edir.
• Qəza meydançasına yığılan metal qırıntılarını təmizləyir.
• Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl edir.
• Tökmə zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
• Sahədə yerləşən yanğınsöndürmə vasitələrinin və  avadanlıqların saz vəziyyətdə saxlanmasına və başqa məqsədlər üçün istifadə olunmamasına əməl edir.
• Növbəni qəbul edən heyət növbənin başlanmasına 15 dəqiqə qalmış iş yerində olmalıdır.
• İşi qəbul edən növbənin poladtökən operator və ya köməkçisiişə çıxmadıqda növbəni təhvil verən poladtökən operator və ya köməkçisiən azı 2 saat işdə qalmalı və bu barədə növbə rəisinə və ya sex rəisinə məlumat verməlidir.
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli.
• Texnoloji prosesi iş yerinin təlimatlarına uyğun olaraq idarə etməli.
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirməli.
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirməli.
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət etməli.

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.


 6. Usta

Vəzifə öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq öz sahəsinin istehsalat təsərrüfat fəaliyyətini təmin edir.
• Cavabdeh olduğu sahə tərəfindən istehsal tapşırıqlarının, iş normalarının yerinə  yetirilməsini təmin edir, məmulatların təyin olunmuş texnologiya ilə istehsalının saxlanılmasına, işin təşkilinə, məhsulun keyfiyyətli və ritmik buraxılışının təşkil olunmasına nəzarət edir.
• Sahənin enerji resursları və materiallarla təmin olunmasına, texnoloji proseslərin düzgün aparılmasına və avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət edir.
• Xammaldan düzgün istifadə olunmasına nəzarət edir, istehsalatın gedişinə mane olan əngəlləri aradan qaldırır.
• İstehsalatın planlaşdırılması işində, vaxt normalarının yaxşılaşdırılmasında, əmək məhsuldarlığının yüksəldilməsi üçün metodların işlənilməsində yaxından iştirak edir.
• İş vaxtı ərzində texnoloyi və istehsalat proseslərini analiz edir, boşdayanmaların  və məhsulun keyfiyyətini aşağı salan çatışmazlıqların aradan qaldırılmasında iştirak edir.
• Məhsulun iş yerlərində  operativ hesabatını və istehsalat tapşırıqlarının yerinə  yetirilməsini təşkil edir.
• İşçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etməsinə nəzarət edir  və bu qaydaları pozanlara qarşı tədbir görmək üçün rəhbərlik qarşısında vəsadət qaldırır.
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
• Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.
• Avadanlıqların boşdayanmalarının, tez xarab olmasının, qəzaların səbəblərinin araşdırılmasında  iştirak edir.
• Təmir işləri aparılan zonanın hasarlanmasını və həmin sahəyə kənar şəxslərin girişinin məhdudlaşdırılmasını təmin edir.
• Görülən işlərin və buraxılan məhsulun keyfiyyətini yoxlayır.
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadəni təşkil edir.
• Mal və materiallardan səmərəli istifadə olunmasını təşkil edir.
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinin müavininə məlumat verir.
• İşçilərlə iş yerində texniki təhlükəsizliyə və yanğın təhlükəsizliyinə dair müvafiq təlimatlar keçirir.
• Fərqlənən işçilərin mükafatlandırılması və əmək və istehsalat intizamını pozanların cəzalandırılması barədə pəhbərlik qarşısında vəsatət qaldırır

Təhsil/Təcrübə:

• Ali texniki təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə  bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik  və Müəssisənin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, Müəssisədaxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər