25 C
Baku
Saturday, April 20, 2024

Şüurumuz nələrə qadirdir?

1. Bizim təhtəl-şüurumuz orqanizmimizin bütün həyati proseslərini idarə edir və bütün problemlərin, sualların cavabını bilir.

2. Yuxudan öncə hər hansı bir “xahiş” ilə öz şüuraltınıza müraciət edin və özünüzü onun möcüzəvi gücünüzə şahid olacaqsınız.

3. Sizin şüur altınızda hansı hisslər, düşüncələr hakimlik edirsə bütün bunlar özünü həyatınızdakı emosiyalarda, hadisələrdə biruzə verir. Bu səbəbdən də şuür altınızdakı düşüncələrə, ideyalara ciddi şəkildə nəzarət etməlisiniz.

4. Təsir və əks-təsir qanunu universal xarakterə sahibdir. Sizin fikriniz – sizin fəaliyyətinizdir. Göstərdiyiniz reaksiya isə şüur altınızın hadisələrə göstərdiyi avtomatik reaksiyadır. Öz fikirlərinizin xarakterinə bələd olmalısınız!

5. Həyatınızdakı bütün həyəcanlar yerinə yetməmiş arzular səbəbindən yaranır. Əgər müxtəlif problemlərə və çətinliklərə ilişib qalsanız, öz uğura gedən yolunuzu bağlamış olursunuz.

6. Həyat prinsipiniz daim sizə uyğun olaraq ritmik və harmonik dəyişir. Öz şüur altınıza bu fikri yeridin: “Mən öz şüur altımın gücünə inanıram və onun köməyi ilə arzuma çata bilərəm”. Bu sizin bütün çətinliklərinizi həll edəcək.

7. Siz həyəcan, narahatlıq və qorxularınızla əlbəttə ki, öz tənəffüs ritminizi, ürək döyüntülərinizi və digər orqanların fəaliyyətini pozursunuz. Öz şüur altınıza harmoniya, sakitlik, sağlamlıq barədə fikirlər yeridin və bədənin bütün funksiyaları normaya düşəcək.

8. Öz təhtəl-şüurunuzu gözlədiyiniz ən yaxşı hadisələr və emosiyalar ilə zənginləşdirin və o sədaqətlə sizin bütün fikirlərinizi təcəssüm etdirəcək.

9. Öz problemləriniz üçün xoşbəxt sonluq fikirləşin. Təxəyyülünüzdəçətin problemdən qurtulduğunuz an keçirəcəyiniz hissləri yaşayın. Şüurunuzun gücünə inanın və istədiyiniz hər şey gerçəkləşəcək.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər