15 C
Baku
Saturday, April 20, 2024

SWIFT yeni təhlükəsizlik planı təqdim edəcək

Reuters agentliyinin verdiyi məlumata görə, SWIFT ödəniş sistemi Banqladeş mərkəzi bankından 81 milyon dolların qarət edilməsi faktından sonra yeni təhlükəsizlik proqramını yaratmağı planlaşdırır. Bunu şirkətin icraçı direktoru Gottfrid Leybrandt Brüsseldə keçirilən maliyyə xidmətləri konfransında bildirmişdir.

SWIFT bankların məlumat mübadiləsi prosesini “kökündən” təkmilləşdirməli və proqram təminatından daha tez-tez istifadə etmələrini istəyir. SWIFT həmçinin daha sərt təlimatlar hazırlayacaq ki, bunlar sayəsində də auditor və tənzimləyici orqanlar sistemdə ödəniş həyata keçirərkən təhlükəsizlik proseduruna nə dərəcədə əməl edildiyinə daha keyfiyyətli şəkildə nəzarət edə biləcəklər.

Xatırladaq ki, xakerlər Banqladeş mərkəzi bankından 951 milyon dollar çıxarmağa cəhd etsələr də, əməliyyatın böyük bir hissəsi blok edilib. Kiber cinayətkarlar Filippində yerləşən hesablarına 81 milyon dollar köçürə bilmişlər. Bloomberg agentliyinin verdiyi məlumata görə, bank əməkdaşları xakerlərin fəallığının fərqinə gec varmışlar. Onlar yalnızca növbəti gün  SWIFT terminalının əmrlərə reaksiya vermədiyini aşkar etmişlər.

Son xəbərlər
Digər xəbərlər