22 C
Baku
Tuesday, April 23, 2024

“Synergy Group” maliyyə üzrə 2 yeni vakansiya elan edib

Şirkətin adı: SYNERGY GROUP MMC

2010-cu ildən etibarən fəaliyyət göstərən “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişafyönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq iş yeri ilə birbaşa təmin edir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk.

Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakı şəhərindən kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

  1. MALİYYƏ MENECERİ (bölgə)

Əsas vəzifə öhdəlikləri:

• Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və təsdiq etdiyi daxili təlimatları öz işində rəhbər tutmaq;
• Tabeçiliyində olan əməkdaşlara ümumi rəhbərliyi həyata keçirmək, işlərini əlaqələndirmək, fəaliyyətlərinə nəzarət etmək və səmərəli şəkildə təşkil olunmasına görə birbaşa məsulliyyət daşımaq;
• Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə büdcəsini tərtib etmək və büdcənin icrasına nəzarət etmək;
• Aylıq idarəetmə hesabatlarını hazırlamaq;
• Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil etmək və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar vermək;
• İstehsal / xidmət,  satış, marketinq, təchizat və digər bölmələrdən alınan məlumatların maliyyə təhlilini aparmaq və xərcləri optimallaşdırmaq;
• Kənar və daxili auditorlar tərəfindən vaxtaşırı aparılan audit yoxlamaları işini təşkil etmək və onların əldə etdiyi nəticələri və verdiyi tövsiyələri təhlil etmək

Namizədə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Maliyyə sahəsində minimum 3 illik iş təcrübəsi;
• Microsoft Office (Excel, Word) bacarıqların üstün səviyyədə olması;
• 1C 8.3 proqramı ilə sərbəst işləmək bacarığı;
• İdarəetmə uçotu və maliyyə təhlili üzrə biliklər;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


2.  MALİYYƏ MÜTƏXƏSSİSİ (Baş ofis)

 

Əsas vəzifə öhdəlikləri:

• Törəmə təşkilatların aylıq idarəetmə hesabatlarını nəzərdən keçirmək və Maliyyə Hesabatların Beynəlxalq Standartlarına (MHBS) uyğun düzəlişlər vermək;
• Holdinq üzrə aylıq konsolidə olmuş maliyyə hesabatlarını tərtib etmək;
• Törəmə təşkilatların illik maliyyə büdcələrinin düzgünlüyünü yoxlamaq və büdcələrin icrasına nəzarət etmək;
• Maliyyə hesabatı sistemi, uçot sistemi, büdcə və digər maliyyə nəzarət funksiyalarının təkmilləşdirilməsi üçün tövsiyələr vermək;
• Kənar və daxili auditorların fəaliyyətini dəstəkləmək və onların əldə etdiyi nəticələri və verdiyi tövsiyələri təhlil etmək;
• Şirkətinin maliyyə direktoru tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək

Namizədə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Maliyyə və ya audit sahəsində minimum 3 illik iş təcrübəsi;
• MHBS üzrə güclü biliklər;
• 1C 8.3 proqramı ilə sərbəst işləmək bacarığı;
• Microsoft Office (MS Excel, MS Word) bacarıqların üstün səviyyədə olması;
• Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
• İdarəetmə uçotu və maliyyə təhlili üzrə biliklər;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Mütəxəssisi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər