15 C
Baku
Friday, April 26, 2024

“Synergy Group” MMC iki vakansiya üzrə işçi axtarır

Synergy Group haqqında:

2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 1200-dən artıq iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

Vəzifə 1:  Satış və Marketinq Meneceri

Namizədə mütləq tələblər

Azərbaycan, Rus, İngilis dili biliyi
Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi
Ali təhsil
Kompüter proqramları  bilikləri

Vəzifələr:

• Şirkətin Satış və Marketinq strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasının təmin etmək.

• Mövcud qanunvericilik, siyasət, strategiyalar və rəhbərlərinin əmrləri istiqamətində satış proqramına uyğun olaraq şirkətin daxili və xarici marketinq işlərini həyata keçirmək.

• Distribyutor satışlarını izləmək, nəzarət etmək, satış hədəflərinə çatmaq üçün lazımlı tədbir və dəstək üçün rəhbərinə köməkçi olmaq.

• Daxili və xarici bazar araşdırması həyata keçirmək, bazardakı inkişafları hesabat halına gətirmək.

• Satışla əlaqəli məlumatların və hesabatların hazırlanması

• Bazarda rəqib şirkətlərin marketinq və satış fəaliyyəti haqqında məlumat toplamaq, fikir və təkliflərini rəhbərlərinə təqdim etmək.

• Müştəri potensialını və bazar payını artırmaq mövzusunda araşdırmalar aparmaq və potensial müştərilər qazanmaq.

• Müxtəlif Marketinq layihələrini həyata keçirmək.

• Marketinq sahəsində minimum 5 il iş  təcrübəsi olmalı, ünsiyətcil və ictimai işləri müvəffəqiyətlə yerinə yetirməli,

Digər tələblər:

– Cins: kişi
– Yaş: 25-40

Əmək Haqqı 1000 AZN + bonuslar

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Satış və Marketinq Meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


Vəzifə 2: Qrafik Dizayner

 

Əsas məlumat

• Yaş həddi: 20-35
• Təhsil: Ali
• Təcrübə: 3 il

İş haqqında

– Müxtəlif məhsulların dizayn-maketlərinin hazırlanması (buklet, kataloq, flayer və s.)
– Brandbook, Logo və digər məhsullarının dizaynı
– Mətnlərə, şəkillərə, sxemlərə, qrafiklərə və diaqramlara aid illüstrasiyalarının yaradılması
– İş qrafiki: 1-5 günlər, 09:00-18:00, Bazar günü istirahət

Tələblər

– Reklam, Rəssamlıq, 3D dizayn və s. kimi sahələr üzrə biliklər arzuolunandır
– Sürətli araşdırma bacarığı
–  brending və qablaşdırma üzrə biliklər
– Peşəkar təqdimatların hazırlanması bacarıqları
– Corel Draw, Adobe Photoshop, Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı
– Komanda şəklində işləmə bacarığı
– Kreativ, ünsiyyətcil, məsuliyyətli və dəqiq olmalı
– Sosial şəbəkələrdə şirkətin aktiv təbliğatını aparmaq bacarığı

CV ilə birlikdə portfolionun göndərilməsi mütləqdir.

Əmək haqqı  750-1000

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Qrafik Dizayner” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər