Təhsil kreditləri (SİYAHI)

Artıq yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bəzi şagirdlər isə universitetlərə qəbul olaraq tələbə adını qazanıblar. Lakin bildiyimiz kimi indi Universitetdə oxumaq heç də asan deyil. İllik təhsil haqqları yüksək olduğuna görə bəzi ailələr maddi vəziyyəti aşağı olduğundan ödəniş edə bilmirlər.

Banklar isə bu problemin həll yolunu tələbələr üçün uyğun yeni məhsul təqdim etməkdə görür. Belə ki, bir neçə bankdan siz təhsil haqqının ödənilməsi üçün təqdim olunan kredit məhsulundan yararlana bilərsiniz. Həmçinin bu məhsulu əldə etdiyiniz zaman məbləğ sizin təhsil aldığınız müəssisənin hesabına köçürülür.

Bununla yanaşı banklar tələbələr üçün təhsil ilə bağlı digər məhsullar da təqdim edir.

ParaBank bir müddətdən sonra daha dəqiq desək, dərs ili başladığı zaman tələbələrin faydalana biləcəyi məhsulu sizə təqdim edir. Belə ki, qrup kreditini xatırladan bu kredit məhsulu sayəsində bir neçə qrup yoldaşı birləşərək Para Bankın “Təhsil kreditini ” əldə edə bilər. Bu krediti tələbələrin təqaüd kartına əsasən verilir.  Bu zaman 12 ay müddətinə maksimum 2 000 AZN əldə edə bilərsiniz. Həmçinin sentyabr ayında edəcəyiniz ödənişə görə sizə 3% endirim  olunacaq.

Həmçinin siz təhsil haqqınızı ödəmək üçün Unibankın taksit kartı olan Albalı Plus kartından da faydalana bilərsiniz. Bu zaman Albalı Plus kartınızdakı məbləğ təhsil müəssisəsinin hesabına köçürüləcəkdir. Kreditinin müddəti 6- 12 aylıqdır. Bu zaman siz təhsil haqqınızı hissə-hissə ödəmək imkanı əldə edəcəksiniz.

Bank of Baku isə sadəcə ADA universitetində təhsil alan tələbələr üçün kredit təqdim edir.

Kreditin maksimal məbləği 41 500AZN, müddət 15 illikdir. Banka yaxınlaşaraq daha ətraflı məlumat əldə edə bilərsiniz.

Qeyd edək ki, bu məhsulu təqdim etməyən digər banklara da müraciət edərək kreditdən faydalana bilərsiniz.

Aşağıdakı reytinqdə bu məhsulu təqdim edən banklar haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.

Ərtaflı məlumat üçün Bankın və ya kredit məhsulunun adına klik edin.

* Güzəştli Kredit”  aksiyası 15 oktyabr 2014-cü il tarixinədək davam edəcək

Bankların adıKreditin adıKreditin
Məbləği
Kreditin
Müddəti
İllik FaizKomissiya
Xalq BankTəhsil haqqının ödənilməsi üçün kredit100 000 AZN48 ay20%0.6%
DəmirBank*Təhsil krediti7 000 AZN36 ay24%-
Azər-Türk BankTələbə krediti4 000 AZN12 ay25%2%
Turan Bank Tələbə krediti2 000 AZN12 ay30%4%
TBC KreditTəhsil krediti3 000 AZN12 ay30%3%
Access BankBu növdə məhsul yoxdur
AFB BankBu növdə məhsul yoxdur
AG BankBu növdə məhsul yoxdur
AmrahbankBu növdə məhsul yoxdur
ASB BankBu növdə məhsul yoxdur
Ata BankBu növdə məhsul yoxdur
Atra Bank Bu növdə məhsul yoxdur
Azərbaycan Kredit BankıBu növdə məhsul yoxdur
Bank AvrasiyaBu növdə məhsul yoxdur
Bank BTBBu növdə məhsul yoxdur
Bank of AzerbaijanBu növdə məhsul yoxdur
Bank RespublikaBu növdə məhsul yoxdur
Bank Silk WayBu növdə məhsul yoxdur
Bank StandardBu növdə məhsul yoxdur
Bank TechniqueBu növdə məhsul yoxdur
Bank VTBBu növdə məhsul yoxdur
Deka BankBu növdə məhsul yoxdur
ExpressbankBu növdə məhsul yoxdur
Gəncə BankBu növdə məhsul yoxdur
Günay BankBu növdə məhsul yoxdur
İran Melli BankBu növdə məhsul yoxdur
Kapital BankBu növdə məhsul yoxdur
Kredo BankBu növdə məhsul yoxdur
Muğan BankBu növdə məhsul yoxdur
Naxçıvan BankBu növdə məhsul yoxdur
NBC BankBu növdə məhsul yoxdur
Nikoil BankBu növdə məhsul yoxdur
Qafqaz İnkişaf BankıBu növdə məhsul yoxdur
RabitəbankBu növdə məhsul yoxdur
YapıKredi BankBu növdə məhsul yoxdur
Yunayted KreditBu növdə məhsul yoxdur
Zamin BankBu növdə məhsul yoxdur

4 ŞƏRHLƏR