Təyyarələrdə Wi-Fi daha sürətli olacaq: Google danışıqlara başlayıb

Şirkət artıq Nokia ilə danışıqlara başlayıb

IT nəhəngi Google Nokia şirkətinin bir hissəsini almaq üçün danışıqlar aparır.

Beləliklə, əvvəllər Google Inc. şirkətinə məxsus şirkətlərin sahibi Amerikanın Alphabet Inc. holdinqi təyyarələrdə təkmilləşdirilmiş yüksək sürətli İnternet sayəsində daha çox müştəri cəlb etməyə çalışır.

Nokia texnologiyaları Google-a yeni layihəni hazırlamağa kömək edəcək. Axtarış şirkəti təyyarələrdə artıq mövcud Wi-Fi şəbəkələrinin təkmilləşdirilmiş alternativini təklif etməyi planlaşdırır. Lakin Alphabet Inc. və Nokia şirkətlərinin nümayəndələri danışıqların nəticələri haqda hələ məlumat vermirlər.

Uzun illərdir ki, təyyarələrdə internet çox zəif olaraq qalır və fasilələrlə işləyir. Lakin səyahət edənlər adətən uçuş zamanı əlaqə yarada bilmək məqsədilə, zəif olsa belə, internetin olması üçün kifayət qədər pul ödəyirlər. Buna görə də, Nokia texnologiyalarından istifadə Google-a xidmətlərin çeşidini genişləndirməyə kömək edəcək.

 

Nokia LTE A2G mobil əlaqəsi, təyyarə sistemini yerdəki stansiya ilə birləşdirməyə imkan verəcək. Bu əlaqə yüksək sürətli internetə çıxışı təmin edəcək.

Almaniyanın Berenberg bankının analitiklərinə görə, Google Fin şirkətinin texnologiyaları sayəsində fayda əldə edə bilər. IT nəhəngi təyyarələrdə internet xidməti provayderi olan Çikaqonun Gogo Inc. şirkətinin yeni rəqibi olacaq. Beləliklə, Google və Nokia arasında aparılan danışıqlardan sonra Gogo-nun səhmləri 2% düşüb.s