16 C
Baku
Friday, April 26, 2024

Təchizat üzrə Mütəxəssis – METAK

Təchizat üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri:

– Tələbnamələrə əsasən daxili bazarın araşdırılması və müqayisə olunması;
– Satınalmalar üzrə sənədləşmə işlərinin aparılması, müxtəlif hesabatların hazırlanması;
– Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
– Gündəlik işlərin planlaşdırılması və analizi;
– Sifarişlərin proqram təminatında yerləşdirilməsi və onların izlənilməsi;
– Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili.

Tələblər:

– Ali təhsil;
– Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
– MS Office proqramları üzrə biliklər;
– Yaş həddi: 25 – 35 yaş;
– Satınalma və təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
– Fərdi və komandada işləmək bacarığı;
– Dəqiq və sürətli işləmək bacarığı.

Əlavə şərtlər:

– Ə/haqqı: danışıq əsasında;
– İş vaxtı: 5 gün, 09:00-18:00;
– Nahar şirkət tərəfindən verilir.

Ünvan: Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan

Maraqlananlar saytda onlayn-anketi dolduraraq 19.03.2018–ci il tarixinə kimi müraciət edə bilərlər: https://www.metak.az/resume.php?vid=95

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər