12 C
Baku
Friday, March 29, 2024

Təkrarsığorta üzrə Mütəxəssis – PAŞA Sığorta ASC

“PAŞA Sığorta” ASC namizədləri Təkrarsığorta üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətin xarici və yerli partynorlarından daxil olan sorğuları vaxtlı -vaxtında cavablandırmaq, riskləri təhlil etmək və nəticələr haqqında hesabat vermək;
• Şirkət daxildən təkrarsığorta şöbəsinə göndərilən riskləri qiymətləndirmək;
• Şirkətin siyasətinə uyğun olaraq risklərin təkrarsığorta şöbəsinə ötürmək;
• Gündəlik və aylıq hesabatları düzgün aparmaq, vaxtı-vaxtında rəhbərliyə təqdim etmək;
• Partnyorlarla işguzar görüşlər keçirmək və yeni partnyorlar cəlb etmək;
• Partnyorlarla bağlı sığorta hadisələrinin tənzimləməsi işində iştirak etmək;
• Təkrarsığortaya aid debitor borclar və kreditorlarla iş prosesinin tənzimləmək;
• Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.

Bilik və bacarıqlar:

• Ali təhsil (İqtisadiyyat yönümlü ali təhsilə üstünlük verilir);
• Təkrarsığorta və ya anderraytinq sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
• Kompüter bilikləri, Microsoft Office təminat proqramları paketi üzrə yüksək biliyə malik olmaq;
• Dil bilikləri – Azərbaycan, Rus və ingilis dillərinin mükəmməl səviyyədə olması.
• Analitik düşüncə tərzi, yüksək nitq qabiliyyəti və təqdimat etmə bacarığına malik olmaq.

Son müraciət tarixi: 30 Aprel, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Digər xəbərlər