8 C
Baku
Friday, March 29, 2024

Tələbələr üçün ən yaxşı yay təcrübə proqramları

Heç şübhəsiz ki, gənc mütəxəssislər əmək bazarında yüksək rəqabətlə üzləşirlər. “İş təcrübəm olmadığı üçün işə götürmürlər” ifadəsi hər birimizə yaxşı tanışdır. Gənc mütəxəssis üçün bu vəziyyətdən ən yaxşı çıxış yolu yay təcrübə proqramlarıdır. Bu zaman təcrübə əldə edib, bir qədər pul qazanmaqdan əlavə, arzularınızın işinə doğru bir addım atmış olursunuz. Məhz bu səbəbdən Banker.az saytı olaraq tələbələr və yenicə məzun olmuş şəxslər üçün ən yaxşı yay təcrübə proqramlarını təqdim edirik: 

Demək olar ki, hər bir tələbə beynəlxalq şirkətdə işləmək arzusundadır. Maliyyə konsaltinqi sahəsində Avropa lideri olan Young Financial Advisor Programme proqramı maliyyə sahəsində

Təhsil alan tələbələrə özünü sınamaq imkanı yaradır. Qeyd edək ki, təcrübə müddəti boyunca əmək haqqı ödənilir. Təcrübəçinin öhdəliyinə düşən vəzifə müştəriləri müşayiət etmək və konsultasiya, sığorta müqavilələrinin bağlanması, depozit və investisiyalardır. İşəgötürən şəxs təcrübəçilərə əlavə təhsil imkanalrı da yaradır.

EY beynəlxalq şirkətinin biznes akademiyası interna vakansiyası elan etmişdir. Bu vəzifəyə üçüncü kurs, ingilis dilini yaxşı səviyyədə bilən, kompüterlə yaxşı işləməyi bacaran və həftədə 20 saat işləmək iqtidarında olan tələbələr dəvət edilir. Təcrübəçinin əsas öhdəlikləri bəzi administrativ vəzifələr, CRM işi və seminarlara materialların hazırlanması olacaq.

EY şirkəti həmçinin ünsiyyətcil, analitik və tənqidi Transfer Pricing Intern axtarışındadır. Bu vakansiya üçün ingilis dili səviyyəsi yüksək olmalıdır. Namizəd mütləq maliyyə və yaxud riyaziyyat sahəsində təhsil almalıdır. Vergi qanunvericiliyi barədə məlumata sahib olmaq namizədə üstünlük qazandıracaq amillərdəndir. Vəzifəyə namizədlik təqdim etmək istəyən şəxslər baza ofis proqramlarını (MS Word, Excel і Power Point) yaxşı bilməlidir.

SUN InBev Ukraine şirkəti istehsalat sahəsində maraqlı təcrübə proqramını təqdim edir. Proqramda iştirak əldə edən hər bir şəxs müasir pivə yaradılması üsulları ilə tanış ola biləcək. Şirkət təcrübə müddətində fərqlənən namizədləri daha sonradan şirkətin özündə işlə təmin etmə şanslarını da nəzərdə tutub. Şirkətə fəal və liderlik qabiliyyətinə sahib ünsiyyətcil namizədlər gərəkdir.

EastOne şirkəti HR departamentə təcrübəçi vəzifəsi elan etmişdir. Namizəd tələbələr kompüterlə işləməyi bacarmalı və professional səviyyədə inkişaf arzusunda olmalıdır. Təcrübə müddəti 2-3 ay təşkil edir və öhdəliklərə gəldikdə isə bunlara – menecerə kömək, məlumatların sistemləşdirilməsi və internetdə hər hansısa məlumatın araşdırılmasıdır.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.