25 C
Baku
Friday, April 19, 2024

T-Mobile 32 milyard dollara satıldı

Abonentlərə xidmət həcminə görə ABŞ-ın 3-cü yerdə olan Sprint mobil operatoru  T-Mobile beynəlxalq operatorunu əldə etməklə bağlı bütün təkliflərə razılığını bildirmişdir. Qeyd edək ki, T-Mobile operatorunun əsas səhmdarı Almaniyanın Deutsche Telekom AG telekommunikasiya konsernidir. Wall Street Journal-ın verdiyi məlumata görə, Sprint T-Mobile şirkətinin bir səhmini 40 dollara almaq niyyətindədir.

Sprint və T-Mobile şirkətlərinin birləşdirilməsi nəticəsində telekommunikasiya xidmətləri bazarında yeni nəhəng oyunçu peyda ola bilər. Təxminlərə əsasən, yeni şirkətin 15-20%-i Deutsche Telekom AG şirkətinə mənsub olacaq.

Qeyd edək ki, 2014-cü ilin fevral ayında əlaqə xidmətləri bazarında digər bir müqavilə imzalanmışdı. Bu zaman Amerikanın telekommunikasiya şirkəti olan Verizon Communications şirkəti 130 milyard dollar qarşılığında Britaniyanın Vodafone şirkətində 45-lik paya sahib olmuşdu.

Son xəbərlər
Digər xəbərlər