Banker.az monitorinq qrupu tərəfindən fərqli tarixlərdə taksit kartları ilə bağlı olan fərqli konspetdə olan araşdırmalar və təhlillər aparılaraq oxuculara təqdim edilib.

Bu mövzuya tez – tez toxunmağımızın səbəbi həm oxucuların əksəriyyətinin maraq dairəsinə xitab etməsi, həm də bu məhsullar üzrə şərtlərə Banklar tərəfindən tez-tez müdaxilə olunaraq bazar tələblərinə uyğunlaşdırılmasıdır. 

Yəqin ki, bizimlə razılaşarsız ki, taksit kartlarının əldə edilməsi prosesi nağd kreditlərlə müqayisədə daha qəlizdir. Banklar adətən bu məhsullar üzrə müəyyən seqmentləşmə aparır və hər seqment üzrə müxtəlif şərtlər təqdim edir, həmçinin hər seqment üzrə fərqli tələblər müəyyən edir. Oxucularımıza daha da aydın olması üçün qeyd edilənlərə qısaca izah vermək istərdik:  Bankların taksit kart məhsulları adi və premium seqment məhsullar olmaqla fərqləndirilir və premium seqmentə aid olan məhsul bir sıra özəllikləri ilə ön plana çıxır. Lakin premium seqment məhsulu əldə etmək elə də asan deyil. Səbəb isə Banklar bu məhsulların ərizəçiləri üçün müəyyən tələblər təyin edir. Bu tələblərə misal olaraq, minimal əmək haqqı, iş yeri, kredit tarixçəsi və s. misal göstərmək olar. Biz bugün, premium və adi seqmentə aid olan taksit kartları üzrə əmək haqqı tələblərini və bu tələblər müqabilində kart istifadəçisinə verilən üstünlükləri təhlil etmişik. Aşağıdakı cədvəldə bu məlumatları müqayisəli şəkildə görə bilərsiniz.

Bank /  Kart Kartın növləri Əmək haqqı tələbi Premium seqmentin üstünlükləri
Bolkart

Bank of Baku

Adi seqment

Bolkart Ailə və Bolkart Gənc

Premium seqment

Bolkart Gold

Bolkart Diamond (Visa İnfinite)

Adi seqment üzrə

205 AZN (vergilər tutulmamış)

Premium seqment üzrə

Gold – fərdi baxılır (kart üzrə minimum limit 3000 AZN-dir)

Diamond – 2400 AZN (vergilər tutulmamış)

Bolkart Gold

  • Nağdsız əməliyyatlara 45 günədək güzəşt müddəti.
  • Xaricdə daha çox “Bal” qazanmaq imkanı.

Bolkart Diamond

  • Nağdsız əməliyyatlara 45 günədək güzəşt müddəti.
  • Xaricdə daha çox “Bal” qazanmaq imkanı.
  • “Bal”ların MİL ilə dəyişdirilməsi imkanı.
  • Visa İnfinite-nin verdiyi digər üstünlüklər.
Albalı Plus

Unibank

Adi seqment

Albalı Plus Standart

Premium seqment

Albalı Plus  Gold

Adi seqment üzrə

100 AZN (xalis  /net)

Premium seqment üzrə

500 AZN ( xalis  / net)

Albalı Plus  Gold

  • Həm nağd, həm də nağdsız əməliyyatlarda 40 günədək güzəşt müddəti.
  • Kart üzrə tam limiti nağdlaşdırma imkanı.
Wolrdcard

YapıkrediBank

Adi seqment

Worldcard Classic

Premium seqment

Worldcard Gold

Worldcard Platinium

Hər 2 seqment üzrə – 250 AZN (xalis  /net) Worldcard Gold

Nağdlaşma Limiti 60%

Worldcard Platinium

Nağdlaşma Limiti 100%

Hər iki kart üzrə bəzi xarici ölkələrdə etdiyiniz alış-verişləri avtomatik olaraq taksitə bölmək mümkündür.

Birkart

Kapital Bank

Adi seqment

Birkart

Premium seqment

Birkart Cashback

Kapital Bankdan maaş / təqaüd alanlar üzrə

Hər 2 seqment üzrə – 100 AZN (xalis  /net)

Əmək haqqı  kartı digər banka məxsus olduqda

Dövlət müəssisələri – 100 AZN (xalis  /net)

Özəl müəssisələr – 250 AZN (xalis  /net)

Birkart Cashback

İstifadəçinin nağdsız əməliyyatlar üzrə 1.5%-dən 10%-dək “cashback” qazanma imkanı.

Paykart

Bank Respublika

Seqmentləşmə yoxdur 220 AZN (xalis net) Premium seqment mövcud deyil
Smile Card

Express Bank

Seqmentləşmə yoxdur 200 AZN (xalis net) Premium seqment mövcud deyil

 

📝 RƏY BİLDİR