19 C
Baku
Thursday, April 25, 2024

“Taliban” üzvləri banka hücum etdi

Taliban silahlıları Əfqənistanda banklardan birinə silahlı basqın ediblər.

Bank şöbələrindən birinə hücum edən Taliban üzvləri bir neçə nəfəri girov götürüb. Hadisənin Əfqanıstanın Helmand bölgəsində baş verdiyi bildirilir. Helmand bölgəsinin rəsmilərinin açıqlamasına görə, üstlərində bomba olan Taliban üzvləri polislə də atışmaya girib. Onlarla mülki şəxs terroçuların əlində girovdur. Rəsmilər ölən və yaralanan şəxslərin sayı haqda dəqiq məlumata malik olmadıqlarını bildiriblər.

Xatırladaq ki, dünən Taliban üzvləri Parkistanda hərbi məktəblərdən birinə silahlı basqın etmişdi. Nəticədə 140-dan çox insan öldürülmüşdü.

Atvxəbər

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər