22 C
Baku
Tuesday, April 23, 2024

Tanınmış neft şirkəti “Statoil” rebrendinq edir – Yeni loqo mətbuata sızdı

Norveçin “Statoil” neft-qaz şirkəti adını “Equinor”a dəyişir.

“İnterfax” agentliyinə istinadən məlumata görə, “Equinor” “equi” sözünün kombinasiyasıdır. Bu isə equal (bərabər), equality (tamhüquqluluq) və equilibrium (balanslaşdırılmış) kimi sözlərin başlanğıcıdır. Bundan başqa, yeni ad “Nor” sözünü özündə birləşdirir ki, bu da şirkətin Norveçə məxsus olduğunu bildirir.

“Dünya dəyişir, eləcə də “Statoil” dəyişir. Bizim ən müasir energetika sistemlərinin adaptasiyası baş verir. Biz bu inkişafın avanqardında qalmağı hədəfləmişik. “Equinor” baş verən dəyişiklikləri, təhlükəsiz, yüksək effektivliyi və aşağı karbohidrogenli strategiyaya dəstəyini əks etdirir”, – deyə “Statoil”in Direktorlar Şurasının sədri Yon Erik Reynhardsen bildirib.

Image result for statoil

Yeni ad “Statoil” şirkətinin mayın 15-də keçiriləcək səhmdarlarının illik iclasında müzakirə ediləcək. Şirkətin əsas səhmdarı olan Norveç hökuməti Direktorlar Şurasının adın dəyişdirilməsi ilə bağlı təklifini dəstəkləyir və bu qərara səs verəcək.

 

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər