16 C
Baku
Saturday, April 27, 2024

Tanışlıq saytını sındıran riyaziyyatçı kimdir?

Wired jurnalı riyaziyyatçı Kris Makkinli haqqında möhtəşəm bir hekayəni nəşr etdirdi. Bu riyaziyyatçı OkCupid adlı tanışlıq saytını sındırmış və kompüter təhlili sayəsində özünə ideal sevgi tapmağa çalışmışdır. 

Kris Makkinli Los-Ancelosda Kaliforniya universitetində oxuyub və burada o riyaziyyat üzrə doktorluq dərəcəsi almağı planlaşdırırdı. O təhsillə paralel olaraq ABŞ-da ən populyar tanışlıq saytı olan OkCupid-də bir qızla tanış olmağa çalışırdı. OkCupid-in bir özəlliyi var: onu Harvard universitetin məzunları, yəni riyaziyyat məzunları yaradıb. Saytda qeydiyyatdan keçərkən siz ən müştəlif suallara cavab verməli olacaqsınız. Məsələn: “Siz kommunizmi həyat üçün səmərəli hesab edirsinizmi?, “Homoseksual cütlüklərin övladlığa uşaq götürmələrinə necə baxırsınız?”.

Daha sonra sistem cavablarınızı digər insanların cavabları ilə qarşılaşdırır və sizə uyğun gələn insanı seçir. Məhz bu anda Makkinli anlaşılmazlıqla üz-üzə gəldi: geniş həcmli bazadan onun seçdiyi suallar heç də populyar deyildilər. Nəticədə Los-Ancelosda yaşayan təqribən 100 min insandan və OKCupid istifadə edən qadınlardan ona yalnız bir neçəsi uyğun gəlirdi.

Screen Shot515 2014-01-23 at 7.51.34 PM

2012-ci ilin yayında Makkinli artıq başa düşür ki, nəyisə doğru etmir və bunu bir üsulla – riyaziyyat və proqramlaşdırmanın köməkliyi ilə düzəltməyi qərara alır. İlk olaraq o bir sistem yaradır və bu sistem onun profili ilə maraqlanan qadınları ətraflı şəkildə öyrənməyə başlayır. Bu məlumatlara ilk növbədə etnik mənsubiyyət, ev heyvanları və sözsüz ki, suallara cavab variantları daxil idi. Bunun köməkliyi ilə Makkinli daha sonradan statistik təhlil aparır və qadınları 7 müxtəlif qruplara bölür. Seçilən hər bir qadın özünəməxsus xüsusiyyətlərə malik idi. Daha sonradan o bu qruplardan da ən çox bəyəndiyi xanımlardan ibarət iki qrup yaradır.

Makkinli hər bir kateqoriya üçün yeni bir profil yaradır və seçdiyi xanımların sevdiyi xüsusiyyətləri orada qeyd edir. Onun tərtib etdiyi alqoritmə əsasən bu xanımların xoşuna gəlməli idi. Daha sonradan o yeni bir robot yaradır ki, bu da Makkinlinin maraqlandığı digər xanımlara onu tanıma şansı yaradırdı. Cəmi bir neçə gündən sonra o çoxlu sayda görüş təklifləri aldı.

O bir il ərzində 100-ə yaxən görüş keçirir və bir gündə qısa fasilələrlə bir neçə qızla görüşürdü. Bu xanımlardan isə ən bəxti gətirəni 88 nömrəli xanım – Tyen Venq adlı rəssam olur. Hazırda onlar nişanlıdırlar.

HT_chris_mckinlay_jtm_140122_16x9_608

Yalnız bir şeyə ümid etmək qalır ki, bu məqalənin Wired tərəfindən nəşr edilməsindən sonra Makkinli qanunla problem yaşamayacaq. PandoDaily-nin verdiyi məlumata görə, o istifadəçilər haqqında icazəsiz məlumatlar toplamışdır və bununla servisin qaydalarını pozmuşdur. Bu da ki, öz növbəsində Amerikanın qanunlarından birini pozmaq kimidir. Bu yaxınlarda belə bir hərəkətə görə bir şəxsə real həbs cəzası verilmişdi.

Makkinli özü isə “«Optimal Cupid: Mastering the Hidden Logic of OkCupid” adlı kitab yazmışdır. Bu kitabı cəmi bir neçə dollar ödəyərək Amazon-dan əldə etmək mümkündür. Lakin bu tanışlıq saytı ABŞ kənarlarında bir o qədər də məşhur deyil.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər