16 C
Baku
Thursday, April 25, 2024

Tarix boyu baş vermiş ən qeyri-adi iqtisadi böhranlar

Qədim zamanlardan etibarən bu günkü günə qədər biz eyni səhvlərə yol veririk və bunun acınacaqlı nəticələri ilə barışmalı oluruq.

Biz sizə maraqlı iqtisadi böhranları xronoloji ardıcıllıqda təqdim edirik.

Diolektian tərəfindən Roma iqtisadiyyatının süqutu (bizim eramızın dördüncü əsri)

Diolektian imperator olanda Roma imperiyası pis vəziyyətdə idi. İqtisadiyyat bir neçə ardıcıl baş vermiş müharibələrin səbəbindən çökmüşdü. Roma fəlakət astanasında dayanmışdı. Valyutanın dəyərinin düşməsi ilə mübarizə aparmaq üçün Diolektian pul islahatı keçirdir. Tarix boyu bir sıra ölkələr iqtisadi hiylədən istifadə etmişdilər. Onlar pulların dəyərini süni şəkildə qaldırırdılar.

Lakin Diolektian tamamilə fərqli yol ilə gedir. O, tərkibində sikkənin dəyərindən çox olan qızıl olan sikkə buraxmağa başlayır. Belə etməklə Doktrian qızıl dəyərini salmaq istəyirdi. Bu addıma cavab olaraq isə əhalinin əksəriyyəti sikkələri əritməyə başlayır. Çünki ərinti sikkənin özündən daha qiymətli idi.

Diolektianın iqtisadi islahatları o qədər bir birinə zidd idilər ki, sonunda Roma əyalətləri imperatorun göstərişlərinə riayət etməkdən imtina edirlər. Vəziyyət o qədər gərginləşir ki, Diolektian taxtı könüllü şəkildə tərk edən ilk imperator olur. Mövcüd olan iqtisadi vəziyyəti daha da gərginləşdirən Diolektian həmçinin imperiyanın zəifləməsinə səbəb olur və imperator statusuna xələl gətirir.

Patsinin sui-qəsdi və Mediçi nak evinin çöküşü ( 1470- ci illər )

Mediçi ailəsi İtaliyada İntibah dövründə aparıcı rol oynayırdılar. Bu soyun təmsilçiləri Florensiyanın siyasətinə nəzarət edirdilər, Roma Papasının vəzifələrini tuturdular və Leonardo Da Vinçiyə himayədarlıq edirdirlər. Ailə sərvətinin əsası 14-cü əsrdə qoyulmuş beynəlxalq bank sistemi idi. Kozimode Mediçinin rəhbərliyi altında bank sürətlə inkişaf edirdi. Lakin Kozimonun vəfatından sonra bank ağır vəziyyətə düşür. Mediçilərin maliyyə imkanları məhdud olduğu zaman digər bankir ailələri Patsi və Salviati onların əlindən Florensiya üzərində olan hakimiyyəti almaq qərarına gəlirlər. 1478-ci ilin 26 aprelində Mediçi ailəsinin iki üzvünə qarşı Florensiya kilsələrinin birində sui-qəsd təşkil olunur. Plan qismən həyata keçir. Lakin yenə də Mediçi ailəsi vəziyyətə nəzarəti geri qaytara bilmir. Bankın aktivləri adətən çox riskli olan yalnız on faizi ehtiyatları ilə təmine dilirdilər.

Patsi sui-qəsdinin və müxtəlif müharibələrin sayəsində bank rəqabət etmək bacarığını itirir və müflisləşmək astanasında dayanır. Nəticədə Lorenso de Mediçi Florensiya əhalisinin arasında guya ki, hərbi ehtiyacları ödəmək üçün vergilər tətbiq etməyə başlayır. Nəhayət, 1494-cü ildə korrupsiya, uğursuz investisiyalar və səriştəsiz idarə etmə nəticəsində bank müfliləşir. Həmçinin Florensiyanın iqtisadiyatına bir neçə milyonluq zərər yetirilmişdir. Onun bərpasına uzun illər sərf olunmuşdu. Bankın müflisləşmiş ailələrdən olan qızlarını cehiz ilə təmin edən və fransız kralı Karl VII mənsub olan xeyriyyə fondunun vəsaitlərini nəzərə alsaq böhranın beynəlxalq əhəmiyyət daşıdığını başa düşərik.

İspaniyada inflyasiya ( XVII əsr )

Kolumb Amerikanı kəşf etdikdən sonra İspaniya yeni kontinentda qızıl axtarışına başlayır. Amerikanın zəngin mineral yataqlarının əsasında İspaniya uzun illər boyu dünyanın ən zəngin ölkələrindən biri idi. On altıncı yüzilliyin ikinci yarısında ispanlar hasilatın həcmini bugünkü günə qədər görünməmiş miqyasa qədər yüksəldə bilirlər. Lakin gözləntilərin əksinə təbii sərvətlərin axını az qala İspanyanın özünü məhv edəcəkdi. Həddindən artıq yeni qazılmış qızılların və gümüşlərin miqdarı pulların dəyərini düşməsinə və Avropa ölkələrində giperinflyasiyaya səbəb olur.

İspaniyanın hərbi kampaniyaları keçirməsi ilə birlikdə inflyasiya ölkənin iqtisadiyyatına kompensasiyası mümkün olmayan zərər gətirir. Dəbdəbə içərisində yaşamaq əvəzinə İspaniya müflisləşmə ilə üzləşir. Bu iqtisadi böhranlar İspaniya imperiyasının süqutuna və Britaniya imperiyasının yüksəlməsinə səbəb olur.

Bermud adalarında «Donuz pullar» ( 1616-1624-cü illər)

On yeddinci və on səkkizinci əsrlərdə Britaniya imperiyası bir sıra nəhəng ticari şirkətlərin fəaliyyəti sayəsində inkişafe dirdi. Bu fəaliyytlərin nəticəsində Bermud adaları müstəmləkə edilirlər. Yaşayış məntəqələrinin formalaşmasından dərhal sonra müstəmləkəçilər şirkətin xeyrinə çalışmağa başladılar. Əmək haqqı əvəzinə işçilərə kredit verilirdi. Daniel Taker Bermud adalarının qubernatoru vəzifəsinə təyin olunandan sonra kreditləri ləğv edir və öz şəxsi bürünc sikkələrini tətbiq etməyə başlayır.

Bu pul sisteminin yalnız Takerin ambisiyalarına əsaslandığı və heç bir iqtisadi əsası olmadığı üçün müstəmləkəçilər qubernatoru devirirlər. Bermud adaları təcrid olumuş adalar olduğu üçün tam iqtisadi fəlakətdən qaça bilirlər. Pul sisteminin olmadığı üçün müstəmləkəşilər valyuta əvəzinə tütündən istifadə etməli olurlar.

Tramvay və yelləncəklər (1621-ci il)

Ölkə müharibəni maliyyələşdirmək üçün borc altına girirsə, bunun nəticəsi yaxşı olmur. On yeddinci yüzillikdə vergilər sistemi məhsuldar fəaliyyət göstərmirdi. Bu səbəbdən yeni Otuz illik müharibəyə vəsait ayırmaq üçün Müqəddəs Roma imperiyası əlavə sikkələr zərb etməyə başlayır.

Köhnə sikkələr dövriyyədən çıxarılırdı, əridilirdi və ərintiyə ucuz metallar əlavə olunurdu. Böhranın adı sikkələri əridilməsindən sonra istifadə olunan ölçmə alətləri ilə bağlıdır. İmperiyanın iqtisadiyatına xələl gətirməmək üçün dəyərləri azaldılmış sikkələr müəyyən ərazilərdə dövriyyəyə buraxılmışdılar.

Nəticədə bu sikkələr Müqəddəs Roma imperiyasının ərazisinə vergi və rüsumlar şəklində qayıdır. Xalq hökümətin maliyyə hiyləsini öyrəndikdən sonra öz etirazını bildirir. Əsgərlər bu sikkələrlə əmək haqqı almaqdan imtina edirlər. Əhali üsyan etməyə başlayırdı. Pulların dəyəri o qədər düşür ki, uşaqlar onlarla küçədə oynayırdılar.

Qiymətlərin qalxması imperiyanın bir çox subyektlərin iqtisadiyyatını pozmuşdu.

Niderlandlarda zanbaq böhranı( 1636-1637 ci illər )

Ola bilsin bu bizim siyahımızda ən qeyri- adi epizoddur. Zanbaq güllərinə olan sevgi tarixdə sənədlənmiş ilk iqtisadi köpük hesab edilir. XVII əsrdə Niderlandda əmələ gələn zanbaq gülü dərhal şöhrət qazanır. Hollandiya vətəndaşları gülü əldə etmək arzusu ilə alışıb yanırdılar. Zanbaq müəyyən bir vaxtda bitdiyi üçün hollandiyalılar fyuçers bazarı yaradırlar.

Yəni ki, zanbaq gülləri almaq mümkün olmayanda alıcılar gələcəkdə bitəcək zanbaqları almaq haqqını satın əldə edirdilər.

Bir müddətdən sonra möhtəkirlərin fəallığı nəticəsində fyuçers bazarında olan qiymətlər çox yüksəlir. Təlaşın astanasında zanbaqlara olan qiymətlər Hollandiyada on il ərzində əmək haqqının orta hesabına bərabərdir.

1637- ci ildə köpük partlayır və zanbax güllərin qiyməti ilkin səviyyəyə düşür. 2008- ci ilin böhranında olduğu kimi investorların vəsaitləri yox olurlar.

Cənub dənizlərin köpüyü ( 1719- 1720 –ci illər )

Cənub dənizlərinin köpüyü bizə möhtəkirlərin öz fəaliyyətində bir sıra məhdudiyyətlərə laqeyd yanaşdığında nə ola biləcəyini göstərir. On səkkizinci əsrin əvvələrində Britaniyanın iqtisadiyyatı hökümətin çox saylı xərclərindən əziyyət çəkirdi. Nəticədə Britaniya investorları Amerikadakı zəngin qızıl yataqları ilə maraqlanmağa başlayırlar. Bu sərvətləri əldə etmək üçün Cənub dənizlər şirkətləri yaradılır. Britaniya monarxiyası bu şirkətə Cənubi Amerikada xüsusi ticarət hüquqları vermişdi. Cənubi Amerika İspaniyaya mənsub idi. Yəni ki, xüsusi ticarətə verilmiş hüququn heç bir dəyəri yox idi, lakin buna baxmayaraq şirkətə investisiya axını müşahidə olunur.

Britaniya birjasında səhmləri dəyəri sürətlə inkişaf edir. Şirkət hətta hökümətin dövlət borcunu ödəmək istəyirdi. Şirkətə güvən o qədər böyük idi ki, maliyyə nazirinin özü şirkətə bir neçə yüz min funt investisiya yatırmışdı. 1720- ci ildə Cənub dənizlər şirkətinin səhmlərinin ümumi məbləği təxminən 37 milyon funt təşkil edirdi. İspaniya əlbəttə ki, Britaniya iş adamlarına öz qızılını verməkdən imtina edir və səhmlərin dövriyyəsi çökür. Bu addım İngilis iqtisadiyyatına böyük zərbə vurur və investorları müflisləşdirir.

Missisipiya köpürü ( 1716- 1720- ci illər )

Britaniya on səkkizinci əsrin birinci rübündə möhtəkirlərin səhvlərrindən əziyyət çəkən yeganə ölkə deyildi. Lüdovik XIV vəfatından sonra fransız iqtisadiyyatı fasiləsiz davam edən müharibələrdən süqut etmişdi. Xəzinadarın yeni sikkələrri zərb etməyə qızılları belə yox idi. Fransız hökümətinə çalışan iqtisadçı Con Lo kağız pullar dərc edən bank açmağı təklif edir. Hökumət Fransanın sərvətindən beş dəfə çox məbləğində kağız pullar dərc edir.

Problemi həll etmək və ölkənin iqtisadiyyatını xilas etmək üçün Lo fransız müstəmləkəsi olan Luiziananın qızıl ilə dolu olduğunu bəyan edir. Bu addım investorlara böyük imkanlar yaradacaqdı. Lo investisiyaların sayəsində maliyyə vəziyyətinin düzələcəyini və faydasız banknotlarla olan problemin həll olunmasına güman edirdi. 1720- ci ildə Luizianada qızıllar aşkar olunmadığında köpük partlayır və investorların səhmləri batır. İnvestorlar təlaşla bankların investisiyalarını geri götürürdülər və Lolun valyutasının dəyəri iki dəfə düşür və dağıdıcı inflyasiya fransız iqqtisadiyyatına böyük zərbə vurur.

Konfederasiya öz şəxsi iqtisadiyyatını məhv edir ( 1860-cı il )

Amerikada vətəndaş müharibəsi zamanı Konfederasiyanın məqsədi Avropa ölkələri tərəfindən diplomatik tanınmağı təyin etmək idi. Ölkələrin onları tanıması üçün Konfedaarasiya İngiltərəyə və Fransaya pambığın idxalını dayandırırlar. O dövrdə isə pambıq ölkələrin iqtisadiyyatındaa mühim rol oynayırdı. Qeyd edək ki, İttifaq Konfederasiyanın limanlarrını blokada edir, lakin buna baxmayaraq Konfederasiya müharibənin sonuna qədər blokadadan keçməyi bacarmışdılar.

İttifaqın blokadası ilə birlikdə pambığın idxalı Konfederasiyanın ticari gəlirləri sıfıra bərabərləşir. Bu iki amil inflyasiyaya və Konfederasiyanın valyutasının dəyərinin düşməsinə səbəb olurlar. Vətəndaş müharibəsi bitdikdən sonra Cənubi Amerikanın iqtisadiyyatı süqut etmişdi.

Amerikada dəmir yollarının və gümüşün böhranı ( 1893- cü il )

Böyük Depressiyaya qədər ABŞ-ın ən pis iqtisadi böhranı 1893- cü ilin Təlaşı hesab edilir. ABŞ- da nəqliyyatın əsas növü dəmir yolları olandan sonra möhtəkirlər fəal şəkildə onları investisiya etməyə başlayırlar. Bir çox dəmir yolları çox uzandıqları üçün onların istismarı infrastruktura sərf olunan xərcləri ödəyə bilmirdi. 1893-cü ildə nəhəng dəmir yolu şirkəti “Filadelfiya və Ridinq” müflisləşmələrini bəyan edir.

Dəmir yolları şirkətləri inkişaf etdikləri zaman gümüş bazarı həqiqi böhran yaşayırdı. 1880-ci illərdə bir neçə gümüş madənləri açılır. Gümüşün istehsalı yüksəldiyi üçün onun qiyməti düşmüşdü. ABŞ- ın höküməti gümüşün dəyərini suni şəkildə qaldırmaq üçün onu kütləvi şəkildə satın almağa başlayır. Lakin hökümətin gümüşü kütləvi şəkildə almağı dayandırdıqdan sonra böhran öz zirvə nöqtəsinə çatır. Nəticədə, formalaşmış iqtisadi depressiya iyirminci əsrin əvvələrinə qədər uzanır və 16 min şirkətin süqutuna və əhalinin 17- 19 faizinin işsiz qalmasına səbəb olmuşdu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər