12 C
Baku
Thursday, March 28, 2024

Tarixi müəyyənləşdi: Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

13 mart 2017-ci il tarixindən etibarən 19 aprel 2017-ci il tarixinədək sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçiriləcək.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tanzimlənən attestasiyada 173 nəfər iştirak edəcək.

Namizədlər attestasiyanın tarixi və vaxtı barədə məlumatı aşağıdakı siyahıdan əldə edə bilərlər.

Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.

Siyahı – attestasiya

Son xəbərlər
Digər xəbərlər