23 C
Baku
Thursday, April 25, 2024

Tariximizi canlandır, 3000 AZN mükafat qazan

Azərbaycan Demokratik Respublikasının 100 illiyi və Rabitəbank-ın 25 illiyi münasibəti ilə “Azərbaycan tarixi” mövzusunda dizaynerlər arasında müsabiqə elan edilir. May ayının 28-dək davam edəcək müsabiqəyə qatılmaq üçün bütün həvəskar və peşəkar dizaynerlər ölkəmizin tarixini əks etdirəcək dizaynda plastik kart hazırlayaraq təqdim edə bilərlər.

MasterCard Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş müsabiqədə mükafat fondu 3000 AZN təşkil edir. Qaliblər “Like”, “Pro” və “Master” nominasiyaları üzrə facebook istifaçiləri və peşəkar münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyəti qismində JİS Reklam agentliyinin rəhbəri Ceyhun İmanov, məhşur fotoqraf, ”My Azerbaijan” layihəsinin təsisçisi Orxan Aslanov və Rabitəbank-ın Marketinq departamentin direktoru Elmir Əliyev çıxış edəcək. Qalib gələcək dizaynlar üzrə gələcəkdə kart emissiyası da planlaşdırılır.

Müsabiqənin şərtləri haqqında daha ətraflı məlumat əldə etmək və qoşulmaq üçün www.myrabitacard.com saytına daxil ola bilərsiz.

25 illik bank tarixinə sahib “Rabitəbank” ölkənin ən iri banklarından biri kimi 22 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 60 – dək ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi “Facebook” səhifəsinə yönləndirə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər