18 C
Baku
Thursday, April 25, 2024

Tarixin ən ağılasığmaz fırıldağının baş verdiyi “ölkə”

1822-ci ildə adi bir şəxs olan Qreqor Makqreqor qalmaqallı bir iddia irəli sürür. O elan edir ki, o Şotlandiyanın Qlenqayl şəhərciyinindən olan bankirin oğlu olmaqla yanaşı, həm də Hondurasda Qara çayın sahilində yerləşən Poyais ölkəsinin şahzadəsidir.

Bu diyar elə məhsuldar ölkə imiş ki, ildə 3 dəfə qarğıdalı məhsulu yetişərmiş… Ölkənin kənarında yerləşən çayın suyu isə “hər bir dərdə dərman olmaqla yanaşı” onun saf və şəffaf suyunun dibində qızıl qırıntılarına rast gəlmək mümkündür… Ölkədə bitən ağacların yarpaqları isə meyvələrin bolluğundan başlarını yerə qədər əyərdilər…

Makqreqor tərəfindən çəkilmiş xəritə əsl cənnəti xatırladırdı.

Makqreqorun sözlərinə görə Poyais ölkəsinin ehtiyacı olduğu tək şey bu torpaqlardan və məhsullardan layiqincə istifadə edəcək bacarıqlı investor və sakinlər idi.

Bu dövrdə Mərkəzi və Cənubi Amerikaya investisiyalar böyük populyarlıq qazanmaqda idi və Poyais belə bir zamanda yağlı tikə təəssüratı yaradırdı. Bununla yanaşı, Şotlandiyanın özünün müstəmləkəsi yox idi və azadlıqda olan belə bir ölkə şotlandiyalılar üçün əvəzedilməz bir məkan xülyası yaratdı.

Belə bir təklifin qarşısında kim dayana bilərdiki?! Qreqor Makqreqor öz məhsulunu mükəmməl şəkildə reklam etməyi bacarırdı. Məsələn, o bir neçə nəhəng qəzetlərə müsahibə verir, Poyaisə yatırım etməyin və yaxud orada məskunlaşmağın sonsuz üstünlüklərindən bəhs edirdi. O hətta guya ölkəsində dövriyyəsində olan banknotlar da “çəkmişdi”. Ölkə haqqında ətraflı məlumat almaq istəyənlərə isə bu kiçik ada ölkəsi haqqında Tomas Streyndhaucun (Makqreqor məhz bu ləqəb arxasında gizlənirdi) yazdığı əsəri oxumağı məsləhət görürdü. Onun reklam vərəqələri sonsuz imkanlar, şirnikləndirici vədlər ilə böyük kütləni özünə cəlb edirdi və belə bir fürsəti əldən verməməyə çağırırdı. Heç təəccüblü deyil ki, mükəmməl şəkildə yalan danışmağı bu bacaran şəxs öz planını həyata keçirə bilər.  Hətta öz uğuru onun gözləntilərindən qat-qat çox olur.

Makqreqor bir dəfəyə 200 min funt toplayır – bu istiqrazların bazar həcmi isə onun həyatı boyunca 1,3 milyon funt (təqribən 3,6 milyard dollar) təşkil edirdi.

Bundan əlavə, o, Atlantik okeanını keçərək səyahət etməyə hazır olan 7 gəmi insan toplamışdı.

1822-ci ilin sentyabr və 1823-cü ilin yanvar ayında  ilk iki gəmi ilə 250 sərnişin bu nağıllar ölkəsinə yola düşür. Makqreqor isə yol boyu öz yalanlarına ara vermirdi…

Lakin 2 aylıq uzun yoldan sonra müstəmləkəçilər mənzil başına çatdıqda reallıq Makqreqorun dediklərinin tam əksinə bərabər imiş. Onun danışdıqlarındakı, reklam vərəqələrindəki, şəkillərdəki ölkədən əsər-əlamət yox idi. Onlar nə liman, nə yaşayış yeri görmədilər, ətrafda sadəcə böyük bir boşluq vardı.

Axı Poyais mövcud deyildi, o sadəcə Makqreqorun zəngin xəyallarının məhsulu idi…

O investorları və sakinləri Hondurasın səhra hissəsinə gətirmişdi və tezliklə bəxtsiz şotlandiyalılar həlak olmağa başladılar.

Bura gələnlərin yalnız üçdə bir hissəsi sağ qaldı. Onları isə yaxınlıqdan keçən gəmi Belizə gətirmişdi. Britaniya dəniz qüvvələri ekspedisiyanın digər 5 gəmisini getməyə qoymayaraq geri qaytarmışdı.

Makqreqor isə Fransaya qaçmışdı. Bir çoxları onun vicdan əzabı çəkdiyini düşündüyü bir zamanda o Fransada Poyaisin reklamını davam etdirirdi.

Onun şirnikləndirici iddiaları burada da böyük kütlənin marağına səbəb olur və o növbəti dəfə müstəmləkəçi və investorlardan ibarət qrup toplayır.

Lakin Fransada pasport məsələlərinə İngiltərədə olduğundan daha ciddi yanaşılırdı. Dövlət kütləvi şəkildə bir qrup insanın əvvəllər adını heç kəsin duymadığı bir ölkəyə yollanmağa hazırlaşdığını aşkar etdikdə məsələ ilə bağlı araşdırma aparmağa başlayır.

Bu zaman Makqreqor-un planı ifşa edilir və o həbs edilir. Həbsdən çıxdıqda bir müddətlik Edinburqa qayıdır. Lakin tezliklə buradan qaçmalı olur. Çünki burada Poyaisin istiqrazlarının ilk sahiblərinin sönməz qəzəbi ilə qarşılaşır.

Qreqor Makqreqor 1845-ci ildə Karakasda dünyasını dəyişir. Onun Poyais adlandırdığı “cənnət” hazırda da səhra olaraq qalır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər