23 C
Baku
Saturday, April 20, 2024

“TBC Kredit” BOKT mənfəətə çıxa bilib. Lakin, aktivləri kiçilməkdədir

Azərbaycanda fəaliyyət göstərən xarici kapitallı “TBC Kredit” BOKT MMC-nin aktivlərindəki azalma tendensiyası davam edir.

Banker.az xəbər verir ki, bu barədə BOKT-un 2017-ci il üçün ictimayyətə təqdim etdiyi audit hesabatında deyilir.

Hesabata ərzində, cəmi aktivləri azalaraq 25,33 mln. manat həcminə düşüb ki, bu da 2017-ci illə müqayisədə təqribən 3,3% azalması deməkdir. Aktivlərin 19,29 mln. manatını kredit portfeli təşkil edib, bu hesabat dövrünün əvvəlində 20,01 mln. manat idi.

“TBC Kredit”in öhdəlikləri ilin əvvəli ilə müqayisədə sonunda 21,06 mln manata düşüb ki, ilin əvvəli bu rəqəm 23,11 mln manat idi. Öhdəliklərin 9,85 mln manatınıaldığı borclar təşkil edir. Qeyd edək ki, qurum ötən il ərzində OPİC qarşısındakı borcu azaldaraq 6,36 mln manata salsa da, əsas səhmdarı olan Gürcüstanın “TBC Bank” Səhmdar Cəmiyyətindən 3,48 mln manatdan əlavə borc alıb.

Cəmi aktivləri və öhdəliklərinin böyük hissəsi ABŞ valyutası olan dollarladır.

Mənfəətlə bitirə bilib

Azərbaycanda fəaliyyət göstərən BOKT-ların mütləq əksəriyyətinin zərərlə işləməsina baxmayaraq “TBC Kredit” bu mənada “üzü ağ” çıxıb.

Belə ki, faiz gəlirlərinin 33 faiz kiçildiyi bir dönəmdə xərclərini optimallaşdıraraq və eləcə də problemli aktivlərinin geri dönüşü sahəsində 1,19 mln. manatlıq xalis mənfəət əldə edib. Bildirək ki, bu rəqəm ötən il 7,23 mln manat zərərlə idi.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər