23 C
Baku
Tuesday, April 23, 2024

Telegram-dakı nasazlıq zamanı insanlardan 59 000$-lıq kriptovalyuta oğurlandı

29 Mart tarixində məşhur Telegram messenceri Avropada və MDB ölkələrində işini 3 saatlıq dayandırmışdı. Buna səbəb isə Telegram-ın data mərkəz provayderində nasazlıqların olması idi. Bu vəziyyətdən istifadə etmiş kimlikləri bilinməyən şəxslər Telegram istifadəçilərindən 59.000$ dəyərində kriptovalyuta oğurlayıblar. Kimlikləri bilinməyən şəxslər Pavel Durov-un adından Twitter-də Telegram messencerindəki yaranmış nasazlıqla bağlı üzr istənməsi üzərindən xüsusi aksiya çərçivəsində kriptovalyuta qazanmaq imkanından danışıblar.

Bu üsulla dələduzlar 59.000$ dəyərində efir əldə ediblər. Bu cür aksiyalar barəsində məlumatlar Pavel Durov-un hesabına bənzəyən saxta Twitter hesabları vasitəsilə yayılırlar. Həmin paylaşımlarda isə həmçinin guya aksiya çərçivəsində kriptovalyuta əldə etmiş insanların təşəkkür cavabları əks olunur. Bu cür paylaşımlarda dələduzlar tərəfindən yerləşdirilən linklər öz növbəsində domeni 26 Mart tarixində qeydiyyatdan keçirilmiş sayta yönəldir.

İstifadəçilərə saytda qeyd olunmuş QR kodda şifrələnmiş ünvana 0.5-5 efir göndərmək təklif olunur. Guya bu üsulla istifadəçilər 5-100 efir qazanmaq imkanına sahib olacaqlar. Saytda isə 5 elektron portmanatın məlumatları əks olunub. Ümumilikdə onlarda 59.000$ (təqribi olaraq 148 efir) vəsait yerləşir. Həmin portmanatlardan ən böyüklərinə istifadəçilər 65 və 70 efir göndəriblər. Twitter-də olan bu saxta səhifələr hələki bloklanmayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər