22 C
Baku
Thursday, April 25, 2024

Telman İsmayılov Mərdan oğlu tərcümeyi-halı

Telman Mərdan oğlu İsmayılov (26 oktyabr 1956-cı il, Bakı) –Azərbaycan əsilli rusiyalı iş adamı, AST müəssisələr qrupunun rəhbəridir. Onun uğur hekayəsi kölgəli Sovet iqtisadiyyatının özünün hazırkı vəziyyətinə çatmasının parlaq nümunəsidir.  

Uşaqlıq, gənclik

Telman İsmayılov 12 uşaqlı ailədə 10-cu övlad idi. Onun valideynləri Mərdan və Pəri dağ yəhudilərindəndir. Onun atası həmin dönəmin gizli iş adamlarından biri idi. Telman 14 yaşından ona kömək edirdi. Cəmi 4 ildən sonra o, Azərbaycanda yeganə kommersiya dükanının direktoru olur.

1973-1976-cı illər ərzində o, Azərbaycanın Xalq-Təsərrüfatı institutunda (hazırkı İqtisadiyyat universiteti) təhsil alır. Orduda xidmət etdikdən sonra isə təhsilini Moskva Xalq Təsərrüfatı institutunda davam etdirir. Gələcək milyonçu bu ali məktəbi 1980-ci ildə başa vurur.

Sahibkarlıq fəaliyyəti

80-ci illərdə İsmayılov Ticarət Nazirliyində iqtisadçı vəzifəsində çalışır. Bundan əlavə o, “Востокинторг”-da mütəxəssis idi.

1988-ci ildə – İsmayılov «Xeyriyyəçi kommersiya kompaniyası» kooperativini təşkil edir. Bu dövrdə o, həmin zamanlar Moskva şəhər icraiyyə komitəsində kooperativ fəaliyyət üzrə komissiyanın sədri vəzifəsində çalışan Y.Lujkov ilə tanış olur. Öz biznesini Telman İsmayılov kütləvi istehlak malları üzərindən qurmağa başlayır.

1989-cu ildə – «AST» qrupunun tələni təşkil edəcək kompaniya təsis olunur.

Mardan Palace Hotel 325Hal-hazırda «AST» bərabər hissələrlə öz təsisçisinə, onun iki oğluna və bacısı (qardaşı oğluna) məxsusdur. O, 31 kompaniyadan ibarətdir. Əsas gəlirləri gətirir:

  • «АСТ-Капстрой» (AST-Kapstroy, tikinti);
  • «Издательство АСТ-ЛТД» (Nəşriyyat AST-LTD);
  • «АСТ-Гоф» (AST-Gof, mehmanxana-otel biznesi);
  • «АСТ-ТрансСервис» (AST-TransServis, nəqliyyat-daşıma biznesi);
  • «АСТ-Щит» (AST-Shield, mühafizə firması);
  • «АСТ-Такси»(AST-Taksi);
  • «АСТ-Прага» (AST-Praqa, restoran biznesi);
  • «АСТ-Голд» (ASt-Gold, zərgərlik biznesi);
  • «Торговый дом ЦВУМ» («Mərkəzi hərbi universal mağaza» ticarət evi)

«AST» qrupunun illik dövriyyəsi 2 milyard dollara bərabərdir. Bundan öncə Şərqi Avropanın ən iri ticarət meydanı hesab olunan və 2009-cu ildə bağlanan Çerkizovskiy bazarı da həmin qrupa məxsus idi, bazarın bağlanmasının rəsmi səbəbi isə -sanitar qaydalarının pozulmasıdır.

2009-cu ildə Telman Antalyada (Türkiyə) «Mərdan Palas» adlı 7 ulduzlu otelini açır. Almaniyanın «Süddeutsche Zeitung» qəzəti bu oteli “kontingentin ən bahalı oteli” adına layiq görür, heç də təəccüblü deyil, axı bu mehmanxananın tikintisinə İsmayılov 1 milyard dollardan da çox vəsait sərf etmişdir.

2012-ci ildə Nikitskiy bulvarında yerləşəcək apart-otelin tikintisinə başlayır.
2013-cü il üçün «Forbes» jurnalının məlumatlarına əsasən Telman İsmayılovun sərvətinin miqdarı $0,75 milyard dollardır.

Uğurun sirri

Öz biznesini qurmaq üçün 600 min civarında ilkin kapitalı toplamağa Telman Mərdanoviç öz qohumlarının köməyi və şəxsi mənzilini satmaq nəticəsində müyəssər olmuşdur. Mətbuatda tez-tez qeyd olunur ki, İsmayılovun müvəffəqiyyət qazanmasında onun ünsiyyətlilik və cazibədarlıq şəxsi kimi şəxsi keyfiyyətləri böyük rol oynamışdır. Həmçinin də yaxşı dostluq münasibətlərini də nəzərdən kənarda qoymaq olmaz. Onun yaxın dostlarının siyahısında Moskva şəhərinin keçmiş meri Y.Lujkov və paytaxtın keçmiş merinin müavini İ. Ordjonikidzenin adını qeyd etmək olar.

Amma yenə də İsmayılovun əsas kapitalını 1994-cü ildə açılmış Çerkizovskiy bazarı təşkil edirdi. Bu bazar qeyr-qanuni immiqrantların əsas sığınacaq məkanına çevrilmişdi. Bundan əlavə hüquq mühafizə orqanlarının nümayəndələri uzun müddət bura daxil olmağa heç cəhd də göstərmirdi. Mətbuatda dəfələrlə qeyd olunurdu ki, rəsmi icarə haqqından əlavə AST qrupunun nümayəndələri satıcılardan əlavə haqq istəyir, razılaşmayanları isə bazardan qovurdular. 2009-cu ildə bazar gündə 1 milyon dollar qazanc gətirirdi.

telman ismailov 1

Ailə vəziyyəti

Telman İsmayılov evlidir və iki oğlu vardır – Sərxan və Ələkbər. Hazırda Sərxan RF DİN universitetində təhsil alır, hər iki oğul AST kompaniyaları qrupunun sahibkarı sırasına daxildir.

Maraqlı faktlar

Telman İsmayılov Avrasiya yəhudilər konqresinin vitse-prezidenti vəzifəsini icra edir.

İsmayılova məxsus olan “Mərdan palas” otelinin açılışında Monika Belluçi, Şeron Stoun, Peris Hilton, Riçard Qir, Tom Cons, Fipil Kirkorov və İosif Kabzon kimi məşhurlar iştirak edib. Otelin açılış lentləri isə Y.Lujkov öz xanımı ilə bilikdə kəsib. Telman oteli öz atası Mərdanın şərəfinə “Mərdan Palas” adlandırıb. Əgər atası sağ olsaydı, həmin gün onun 100 yaşı tamam ola bilərdi. Mərdan İsmayılovun portretini otelin birinci mərtəbəsində divarın üzərində görmək mümkündür. Mehmanxananın açılışından dərhal sonra Telman İsmayılov Türkiyə vətəndaşlığını almaq istədiyini bildirir.

İsmayılov «Terek» (Qroznı) futbol klubuna sponsorluq edir. Bundan əlavə o, müğənni A. Russonun sponsoru idi. Həmçinin İsmayılov Qroznı şəhərində sinaqoqların tikintisinə vəsait ayırır.

Telman İsmayılov öz ekstravaqantlığı ilə məşhurdur. Məsələn, Nitsedə keçirilən əyləncə gecəsinə İsmayılov qızılı təyyarədə gəlmişdir.

Telman İsmayılov saatlara böyük maraq göstərir. Onun kolleksiyasında 2 minə yaxın fərqli saat vardır.

İsmayılovun ən məşhur ifadəsi isə belədir: «Bizdə 1 rubl yeyir, 3-ünü isə verirsən!»

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər