24 C
Baku
Friday, April 26, 2024

Telman İsmayılovun aktivləri donduruldu

Nikosiya rayon məhkəməsi Sezaria Ltd. şirkətinin tələbi ilə Telman İsmayılovun 135 milyon dollar dəyərində olan aktivlərini dondurmuşdur. Sezaria şirkəti Sergey Yançukova məxsus olan “Manqazeya” qrupuna daxildir.  Şikayətçinin iddiasına görə, Telman İsmayılov ona 100 milyon dollar dəyərində olan borcunu qaytarmayıb.

O bildirmişdir ki, Telman İsmayılovun Kiprdə qeydiyyatdan keçmiş Tandum şirkəti 2010 və 2011-ci illərdə Sezaria şirkəti ilə borc ilə bağlı iki müqavilə imzalamışdır. Daha sonradan hər iki müqavilənin müddəti uzadılmış  və borcların ödənilməsi üçün son tarix olaraq 1 sentyabr 2013-cü il təyin edilmişdir. Telman İsmayılov 2013-cü ilin may ayına kimi bütün borclarını ödəməli idi. Lakin kreditor bildirmişdir: “Kreditlər geri qaytarılmadı. Borcalanla isə danışmaq mümkün olmadı və 2013-cü ilin dekabr ayında Tandum şirkətinin ünvanına ödənişlərin edilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir”.

İsmayılovun nümayəndəsi baş verənlərlər bağlı hər hansı bir operativ şərh təqdim edə bilməmişdir. Şirkətin Sezaria şirkətinə olan borcunu ödəyə biləcək aktivlər sırasına Türkiyədə yerləşən Mardan Palace 7 ulduzlu oteli, Fransanın sahil boyunda yerləşən imarət, Moskvada yerləşən “Safis” zalı, “AST Qof oteli” və “Marina” ticarət mərkəzi var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər