18 C
Baku
Thursday, April 25, 2024

Telman İsmayılovun həbsinə dair hökm çıxarıldı, vəkili bunu qanunsuz sayır

Rusiya paytaxtının Basman rayon məhkəməsi Telman İsmayılovun qiyabi həbsinə dair hökm çıxarıb. Moskvadakı Çerkizov bazarının sabiq sahibi iki qətlin təşkilində ittiham olunur, onun vəkili İnterfax agentliyınə bildirib.

Marina Rusakovanın sözlərinə görə müdafiə tərəfi 30 oktyabrda çıxarılmış “qeyri-qanuni qərara” qarşı apellyasiya şikayəti verib.

İşlə bağlı məhkəmə iclası 15 noyabrda keçirilməlidir.

Telman İsmayılova qarşı irəli sürülən ittihamlar 2016-ci ildə Moskva yaxınlığında baş vermiş iki qətl epizodu ilə bağlıdır, iş adamı həmçinin qeyri-qanuni silah dövriyyəsində təqsirləndirilir.

Sahibkar bütün ittihamları rədd edir.

Marina Rusakovaya əsasən İsmayılov ittihamların təqdim edilməsi üçün istintaq tərəfindən dəvət olunmayıb. Vəkil müştərisinin Rusiyada olmadığını qeyd edib.

Telman İsmayılov 2009-cu ildə Moskva hakimiyyətinin Çerkizov bazarını ləğv etməsindən sonra maliyyə problemləri ilə üzləşib.

2015-ci ildə sahibkar Moskva vilayəti məhkəməsinin hökmü ilə müflis elan olunub.

Türkiyə KİV nə yazır?

“Çerkizov” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılov tərəfindən 2009-cu ildə Türkiyənin Antalya şəhərində tikilən “Mardan Palace” otelində oğurluq hadisəsi qeydə alınıb.

Türkiyə KİV-in yazdığına görə, otelin çölündə olan 2 metr uzunluğundakı 7 dekorativ qoruyucu çəpər gecə saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Qeyd olunur ki, banka külli miqdarda borcu olan otel satışa çıxarılıb. Əməkdaşlar işdən azad edilib, işıq kəsilib, siqnalizasiya sistemi ləğv olunub. Buna görə də obyektdə bu kimi oğurluqlar artır.

MənbəBBC Azəri
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər