4 C
Baku
Friday, March 29, 2024

Telman İsmayılovun mənzilləri əlindən alınmadı

Moskva vilayətinin Arbitraj Məhkəməsi Çerkizovo bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun qurucusu, iş adamı Telman İsmayılovun Kutuzov prospektindəki 5 və 6 otaqlı mənzillərinin üzərinə həbs qoymaqdan imtina edib.

“RİA Novosti”yə istinadən, ümumi sahəsi 292 kvadrat metr olan daşınmaz əmlakın həbsini İsmayılovun müflisləşməsi işi üzrə təminat tədbiri çərçivəsində onun maliyyə idarəedicisi Valeri Kubelun istəmişdi. Məhkəmə vəsatəti əsassız hesab edib.

Məhkəmənin qərarında göstərilir ki, mənzillərin üzərinə həbs qoyulması onların bağışlanması barədə sövdələşməni poza bilər. Mənzillərin kimə və nə vaxt bağışlanması məhkəmə sənədlərində göstərilmir.

Son xəbərlər
Digər xəbərlər