13 C
Baku
Saturday, April 27, 2024

Tencent kapitalizasiyası $500 milyardı keçən ilk çinli şirkət oldu

Banker.az xəbər verir ki, Tencent kapitalizasiyası 500 milyard dollardan çox qiymətləndirilən ilk çinli şirkət olub.

19 yaşlı şirkətin səhmlərinin dəyəri Honqkonq fond birjasında 418,80 Honqkonq dolları göstəricisinə çataraq, onun kapitalizasiyasını rekord səviyyəyə qədər yüksəldib. Asiyada nəhəngliyinə görə ikinci böyük şirkət 474 milyard dollar kapitalizasiya ilə Alibaba şirkətidir.

Tencent şirkətinin ümumi gəliri ötən il ilə müqayisədə 69%, mənfəəti isə 61% artıb. Buna əsas təsir edən amil isə Tencent şirkətinin oyun biznesi olub.  

Qeyd edək ki, 2014-cü ilin mart ayından etibarən Tencent şirkətinin bazar kapitalizasiyası üç dəfədən çox artıb. Bu zaman şirkətin bazar dəyəri 150 milyard dollara çataraq Intel şirkətini üstələmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər