15 C
Baku
Saturday, April 20, 2024

Tesla ABŞ-ın ən bahalı avtomobil istehsalçısı oldu

Banker.az saytı TechCrunch nəşrinə istinadən xəbər verir ki, Elon Musk-ın Tesla şirkəti öz kapitalizasiyasına görə Generel Motors (GM) şirkətini geridə qoyub və ABŞ-ın ən bahalı avtomobil istehsalçısı oldu.

Nəşrin verdiyi məlumata görə, 4 aprel tarixində Tesla şirkətinin bazar kapitalizasiyası 53 milyard dolları üstələdi. Bu zaman GM şirkətinin kapitalizasiyası isə 49,80 milyard dollar təşkil edib. Bundan əlavə, Tesla şirkətinin səhmlərinin 1 ədədi 303,03 dollara, GM-in isə 1 səhmi 34,26 dollara satılır.

Qeyd edilir ki, şirkətin səhmləri yeni Tesla Model 3 elektokarın tezliklə buraxılması haqqında verilən məlumatlar fonunda artır.

Son xəbərlər
Digər xəbərlər