13 C
Baku
Friday, March 29, 2024

Tesla, birjanı tərk etməyi qərarını  verdi

İlon Mask, Teslanın səhmlərinin hər birinə 420 $ ödəməklə, onu birjadan götürmək istəyir. Banker.az xəbər verir ki, ilk öncə , iş adamı bu barədə Twitter-də yazmışdı (elektrik avtomobil istehsalçılarının səhmləri dərhal 7% artaraq 363,4 dollar təşkil etmişdi), sonra şirkət rəsmi məlumat yayıb.

Maskın sözlərinə  görə, indi şirkət rüblük gəlir dövrünə yönəlib, ona görə də uzunmüddətli perspektivləri nəzərə almadan bir çox qərar qəbul edilir. Maska başqa bir startupını nümunə gətirdi-SpaceX.  Maska görə bu startup daha çox effektivdi və bu, əsasən, onun özəl olması ilə bağlıdır».

Qərar hələ qəbul edilməyib. Bloomberg qeyd edir ki, əgər alış baş tutarsa o zaman bu tarixdə ən böyük hala çevrilə bilər. Tesla kapitalizasiyası (borclarla birgə) təxminən 82 milyard dollar təşkil edir (Maskın ​​payı- 22%). Birjadan səhmlərin geri alınması təxminən 66 milyard dollar olacaq.

2018-ci ilin birinci rübündə Tesla şirkətinin itkisi 709,6 milyon dollar, ikincidə isə 717 milyon dolları təşkil edib. Şirkət üçün ciddi maliyyə problemləri 2017-ci ilin yazında tətbiq olunan elektrikli avtomobil Model 3  ilə başlamışdır. Onun inkişafı 1 milyard dollara başa gəlmişdir və əlavə olaraq şirkət 2017-ci ilin sonunadək hər hətfə 5000 elektrikli Model 3 avtomobilini istehsal etməliydi. Lakin qoyulmuş plan yalnız 2018-ci ilin iyul ayında yerinə yetirildi.

Mask bir paylaşımla qeyd etdi ki, Tesla ictimayyətə bağlı olandan sonrada ona investisiya qoymaq mümkün olacaq. . Bu məqsədlə xüsusi bir fond yaradılacaq. SpaceX eyni fonda malikdir.

 

Son xəbərlər
Digər xəbərlər