22 C
Baku
Thursday, April 18, 2024

Texas neftinin qiyməti 2014-ün noyabrından bu tərəfə ən yüksək həddə keçib

Dünya bazarlarında gün ərzində neftin qiyməti artıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:50 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 20 sent, yəni, 0.28% artaraq 72.44$-da qərarlaşıb. Bu da 2014-cü ilin noyabr ayındakı kəskin enişdən bu tərəfə ən yüksək həddə keçməsi deməkdir.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 13 sent, yəni, 0.16% bahalaşaraq 79.35$-a təklif olunub.

Son xəbərlər
Digər xəbərlər