”Texnikabank” və “Bank Standard”a məxsus qeyri-yaşayış sahələri hərraca çıxarıldı

Ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 3 ədəd və ləğv prosesində olan QSC “Bank Standard” KB-nın balansında olan 1 ədəd qeyri-yaşayış sahəsi hərrac yolu ilə icarəyə çıxarılıb.

Bu barədə Banker.az-a Fonddan məlumat verilib.

Məlumata görə, auksion 05 yanvar 2018-ci il tarixində saat 12:00-da Fondun Bakı şəhəri Babək prospekti 16 ünvanında yerləşən inzibati binasında keçiriləcək.

Maraqlanan şəxslərdən auksion qaydaları və binalar barəsində daha ətraflı məlumat almaq üçün aşağıdakı linklərə daxil olmaqları xahiş olunur.