15 C
Baku
Friday, March 29, 2024

“Texnikabank”ın törəməsini britaniyalı investor aldı

Ləğv prosesində olan “Texnikabank” ASC-nin törəmə müəssisəsi – “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin 99%-i üzrə insayder əqdi bağlanılıb.

Mənbənin əldə etdiyi məlumata görə, şirkət, Maliyyə Bazarlarına Nəzarət Palatasından mühüm iştirak payının əldə edilməsi ilə bağlı razılıq məktubu alındıqdan sonra, Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə satılıb.

Hələlik yalnız o məlumdur ki, “Kapital Menecment”in rəhbərliyində dəyişiklik olmayacaq. İnvestisiya şirkətinin direktoru Ruslan Cəfərov vəzifəsində qalacaq. Dekabrın 29-da isə “Kapital Menecment”in səhmdarlarının növbədəkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda şirkətin Müşahidə Şurasının, Daxili audit və Risk menecmenti bölmələrinin yenidən formalaşdırılması, eləcə də digər məsələlərə baxılacaq.

kapital menecement
Kapital Menecementin loqosu

Xatırladaq ki, “Kapital Menecment” 2002-ci ildə “Texnika Kapital Menecment” adı ilə yaradılıb, 2015-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 380 min manatdır. “Texnikabank”ın lisenziyası ləğv edildikdən sonra şirkət Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) nəzarətinə keçib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər