16 C
Baku
Thursday, March 28, 2024

Texniki analizdə almaz fiquru

Brilyant (almaz ) fiquru – texniki analizdə rast gəlinən nadir klassik qrafik fiqurdur, o bir-birinə paralel olan dəstək və müqavimət xətlərindən formalaşır.

Əvvəlcə qiymətin tərəddüd diapazonu genişlənir, sonra isə diapazon getdikcə daralır.

Brilyant fiquru, Satış siqnalı

bri

Brilyant. Texniki analiz. Satış siqnalı

Bu fiqurun vacib xüsusiyyəti odur ki, iri miqyaslı müddət intervallarında (gündəlik və daha böyük vaxt qrafiklərində) o, bir qayda olaraq, dönüşü göstərir.

Daha kiçik zaman miqyaslı qrafiklərdən isə “Brilyant” fiqurunun formalaşması cari tendensiyanın davam etməsini göstərə bilər.

Texniki analiz nəzəriyyəsi iddia edir ki, brilyant fiqurunu kəsdikdən sonra qiymətin gələcək hərəkətinin potensial ölçüsü, brilyantın hündürlüyünə bərabər olacaq (maksimumdan minimuma qədər olan məsafə), yəni kəsilmə nöqtəsindən başlayaraq müvafiq hərəkət istiqamətinə doğru.

Brilyant fiquru. Alış siqnalı

bri2

Brilyant. Texniki analiz. Alış siqnalı

“Brilyant” fiquru zirvədə formalaşdığı halda, adətən o, dönüş modeli olur və onun zaman baxımından formalaşması “dibdə” olan brilyant fiqurunun formalaşmasından daha qısa olur.

Belə hesab olunur ki, yuxarı hissədə (zirvədə) formalaşan “Brilyant” fiquru yüksək volatilliklə xarakterizə olunur, nəinki aşağı hissədə (dibdə) formalaşan fiqur, çünki yüksələn trend ilə enən trendin iştirakçılarının davranışı arasında ciddi fərqlər mövcuddur.

Son xəbərlər
Digər xəbərlər