25 C
Baku
Saturday, April 20, 2024

Texniki dəstək şöbəsinə administrator – Rabitabank

“Rabitabank” ASC İT departamentinin “Texniki dəstək şöbəsinə administrator” vəzifəsinə işə qəbul elan edir.
Azərbaycanın ilk özəl banklarından biri və 24 illik tarixə malik olan “Rabitəbank” ASC ölkədə dayanıqlılığı və etibarlılığı ilə fərqlənən iri Banklar sırasındadır. Bu fərqliliyin təməlini qoymaqda isə Bank əməkdaşlarının əvəzsiz rolu olmuşdur. Bu yolda yorulmadan səy göstərən peşəkar kollektivimizlə fəxr edir, Sizi də bu kollektivdə görmək ümidi ilə “Rabitəbank”ın mehriban kollektivinə və maraqlı korporativ həyatına qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
  • TCP/İP şəbəkələrinin işi haqqında dolğun biliklərin olması, marşrutlaşdırma və problemlərin diaqnoz edilməsi;
  • Şəbəkə avadanlığının quraşdırılması və sazlanması;
  • VLAN, DMVPN, IPsec VPN Site-to-Site konfiqurasiya edilməsi;
  • Cisco router, Firewall, Switch haqqında biliklərə malik olması və idarə edilməsinin həyata keçirilməsi;
  • Departamentin əməliyyat planı ilə uyğun gələn göstəriş və tapşırıqların, bilavasitə rəhbərini məlumatlandırmaqla icra olunması.
Namizədə qarşı tələblər:
  • Müvafiq sahədə (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.) ali təhsilli olmalı;
  • Tələb olunan sahə üzrə ən az 3 il iş təcrübəsi olmalı (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir);
  • Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmalı, həmçinn ingilis və rus dili biliklərinin olması (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması);
  • Server OS-ləri ilə iş üzrə baza bilikləri olmalı;
  • CCNP  üzrə nəzəri biliklərə sahib olmalı;
  • VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Microsoft Exchange  ilə iş təcrübəsi olmalı;
  • Şəbəkə paylanması haqqında biliklərə, LAN və WAN şəbəkə texnologiyaları ilə işləmə bacarığına sahib olmalı;
Davranış səriştələri:
  • Analitik düşünmə qabiliyyəti;
  • Fərdi və komanda şəklində işləyə bilməli;
  • Ünsiyyət qurmaq və təqdim etmə bacarığı;
  • Diqqətlilik, operativlik, məsuliyyətlik və punktuallıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Azərbaycanın regionlarına səyahət etməyə hazır olmalı (iş vaxtının 20%-dən çox olmayaraq).
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.  Məktubun “mövzu” hissəsində iddia etdiyiniz vakant vəzifənin adı “Texniki dəstək şöbəsinə administrator” mütləq qeyd olunmalıdır.
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər