27 C
Baku
Wednesday, April 24, 2024

Texniki Dəstək şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis – “Ziraat Bank Azərbaycan” ASC

“Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Texniki Dəstək şöbəsinə

Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir

 

Vəzifəyə olan tələblər:

  • Texniki ali təhsil;
  • Şəbəkə texnologiyaları üzrə biliklər;
  • Virtual sistemlər: VMware Vcenter, ESXi üzrə işləmək bacarığı;
  • Microsoft texnologiyaları: Windows 7-8.1, Windows Server 2003/2008/2012 üzrə işləmək bacarığı;
  • Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail üzrə işləmək bacarığı;
  • Ehtiyyat nüsxəsinin yaradılması: Symantec, Veeam Backup&Replication, Acronis üzrə işləmək bacarığı;
  • Antivirus sistemləri ilə işləmək bacarığı;
  • İnformasiya təhlükəsizliyi üzrə biliklər;
  • Rus və ingilis dili bilikləri arzuolunandır;
  • Müvafiq sahə üzrə 3 il təcrübə.

 

Əsas vəzifələr:

  • Şəbəkə xidmətinin daim işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;
  • Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;
  • Elektron poçt ünvanlarının işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;
  • Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
  • Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;
  • Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;
  • Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;
  • Ehtiyyat nüsxələrinin yaradılması sistemlərinin administrasiyası;
  • Proqram təminatının monitorinqlərinin aparılması;
  • Sistem problemlərinin həlli və diaqnostikası;
  • Avadanlıqların quraşdırılması və sazlanması;
  • Dəyişikliklərin sənədləşdirilməsi.

Maaş: 1000 AZN – 1300 AZN

Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 5-dək öz CV formalarını[email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNİKİ DƏSTƏK qeyd etməyiniz vacibdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər