15 C
Baku
Friday, March 29, 2024

Texniki Dəstək şöbəsinin mütəxəssisi, İT Departamenti – Turan Bank ASC

Texniki Dəstək şöbəsinin mütəxəssisi, İT Departamenti

Yaş həddi:     22 – 30

Əmək haqqı: 990 AZN

Vəzifə öhdəlikləri:

– Avtomatlaşdırılmış bank sisteminin dəstəklənməsi;

– Kiçik və orta həcmli proqramların dəstəklənməsi, təkmilləşdirilməsi;

– Kiçik və orta həcmli yeni tətbiqi proqram təminatlarının hazırlanması;

– Yeni yaradılacaq sistemlər üzrə təkliflərin verilməsi və texniki tapşırıqların hazırlanması.

 

Namizədə tələblər:

– Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.);

– Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;

– İngilis və Rus dili bilikləri (orta səviyyədə);

-Relyasiyalı verilənlər bazaları üzrə proqramlaşdırmaya müvafiq biliklər (Oracle yaxud SQL server);

– Obyekt yönümlü proqramlaşdırmanın əsasları üzrə nəzəri biliklər;

– C#,Delphi, PL/SQL dilləri üzrə biliklər və iş təcrübəsi.

– Linux əməliyyat sistemi üzrə minimal biliklər;

– Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;

– Yuxarıda göstərilənlərdən əlavə digər proqramlaşdırma dillərindən (Java, C, C++ və s.) ən azı biri üzrə bilikləri olanlara üstünlük verilir.

QEYD: Müvafiq sahədə ali təhsili olmayan və azərbaycan dilini səlis bilməyən namizədlərin CV-lərinə baxılmayacaqdır. CV göndərərkən məktubda mövzu hissəsində “Techsupport” yazmağınızı xahiş edirik. Əmək haqqı namizədin bilik və təcrübəsindən asılı olaraq dəyişə bilər, iddia etdiyiniz məbləğ elanda təklif ediləndən artıq olarsa CV-də və ya məktubda bunu göstərmənizi xahiş edirik. CV-də və ya məktubda bu göstərilmədiyi halda gələcəkdə bu istək qəbul edilməyəcəkdir.

Email: [email protected]

Son xəbərlər
Digər xəbərlər