4 C
Baku
Friday, March 29, 2024

Thyssen-lər kimlər idi?

Thyssenlər – Almaniyada nəhəng nəsli polad və metallurgiya zavodlarına sahib olan bir ailədir. Əslində onların biznesi istehsalatın digər sahələrini də əhatə edir. Ailə biznesinin yaradıcısı Avqust Thyssen 17 may 1842-ci ildə dünyaya gəlib. XIX-XX əsrlərdə varlanan bir çox insandan fərqli olaraq Avqust yaxşı təhsil əldə edib. O Karlsruhe ali texniki peşə məktəbini və Antverpendə yerləşən Ticarət institutunu bitirib. Avqust atasından bir qədər borc pul alaraq digər pay sahibləri ilə birgə polad zolaqların istehsalına pul yatırır. Lakin azadlıq arzulayan Avqust öz payını satır və Mülhaymda, Rur çayı və Rur kömür mədəninin yaxınlığında torpaq sahəsi əldə edir. Daha sonradan o “Rur kralı” adlandırılacaqdı.

Avqust burada polad zavodu inşa etdirir. Ölkədə iqtisadi böhrana baxmayaraq onun biznesi çiçəklənir. Öz imperiyasını çuqun zavodları, ticarət şəbəkələri, gəmilər, doklar və dəmir yolları ilə inkişaf etdirən Thyssen daha da varlanır. O öz zavodlarında daim texniki yeniliklər tətbiq edir və vəsaitlərin maliyyələşdirilməsi metodlarından istifadə etməkdən çəkinmirdi.

1914-cü ilin əvvəlində Thyssenə məxsus olan müəssisələrdə 60 minə yaxın insan işləyirdi. Avqust 4 aprel 1926-cı ildə 84 yaşında dünyasını dəyişir. Bu zaman onun sərvəti 100 000 000 dollar olaraq qiymətləndirilirdi. Şirkət yaradıcısı dünyasını dəyişdikdən sonra şirkətə onun oğlu Friç başçılıq edir. Yeni başçı atasının işini davam etdirmək üçün yüksək həvəsə, həmçinin digər oğullardan fərqli olaraq bizneslə məşğul olmaq üçün kifayət qədər biliyə sahib idi.

Son xəbərlər
Digər xəbərlər