8 C
Baku
Friday, March 29, 2024

Ticarət sessiyalarının cədvəli. Foreksdə iş saatları

Foreksdə ticarət sessiyalarının qrafikini bilməklə – siz öz vaxtınızı və güclərinizi məntiqi şəkildə bölməklə, zamandan və fürsətlərdən daha effektiv şəkildə istifadə edəcəksiniz. Ticarət sessiyaları bankların işlədiyi və aktiv ticarət apardığı – zaman kəsikləridir. Məlum olduğu kimi, Foreksdə iş saatları məhdudiyyəti yoxdur və o, gün ərzində fəaliyyət göstərir. Dünyanın bir nöqtəsində axşam düşdüyü və ticarət başa çatdığı məqamda, digər bir məkanda səhər təzə-təzə açılır və yerli valyuta bazarı işə düşür.

Sessiyalar bir-birinin ardınca baş verir və ya müəyyən zaman fərqi ilə üst-üstə düşür, ona görə də treyderlər onlar üçün münasib olan vaxtda ticarət apara bilərlər. Foreksə daxil olduğunuz istənilən bir anda onu işlək vəziyyətdə yaxalayacaqsınız, şənbə və bazar günləri istisna olmaqla. Bu zaman bütün dünya ölkələrinin birjalarında istirahət elan edilir. Həmçinin də Foreks məxsusi bayram günlərində, Yeni il, Milad və Pasxada fəaliyyət göstərmir.

Ticarət sessiyalarının cədvəlini bilmək həm də ona görə faydalıdır ki, müxtəlif sessiyalarda valyutalar özünü fərqli cür aparır. Məsələn, adətən yen Asiya sessiyasında canlanır və aktiv hərəkət etməyə başlayır. Avro üzrə ticarət isə adətən Avropa sessiyası zamanı aktivləşir. Digər zamanlarda isə həmin valyutaların qiymətində kəskin hərəkətlər xarakterik deyil. Hamısından daha aqressiv olan isə – amerikan sessiyasıdır – o doğma dolları güclü şəkildə aşağı sala və ya əksinə gücləndirə bilər.

Valyuta bazarında fərqli saat qurşaqlarından olan ölkələr iştirak etdiyi üçün, əvvəllər Foreksin iş saatları Qrinviçdən hesablanırdı (GMT). Hal-hazırda GMT standartı köhnəlmiş elan edilib və onun əvəzinə UTC (Coordinated Universal Time) – Beynəlxalq Koordinasiya edilmiş Vaxt istifadə olunur. Bakı saatı hazırda (UTC+04:00) ilə müəyyən olunur. 7 oktyabr saat 5:00-da payız vaxtına keçid ilə əlaqədar saatlar bir saat geri çəkilir (yəni UTC+3).

Foreksdə iş saatları 

Saat qurşağı UTC+4 (Mərkəzi Avropa saat qurşağı)

Regionlar

Maliyyə mərkəzləri

UTC/GMT

EET

Yerli vaxt( Bakı)

Açılır

Bağlanır

Açılır

Bağlanır

Açılır

Bağlanır

Sakit okean

Vellinqton

19:00

04:00

22:00

07:00

24:00

9:00

Sidney

21:00

06:00

00:00

09:00

2:00

11:00

Asiya

Tokio

23:00

08:00

02:00

11:00

4:00

13:00

Qonkonq,Sinqapur

00:00

09:00

03:00

12:00

5:00

14:00

Avropa

Frankfurt, Paris, Zurich

06:00

15:00

09:00

18:00

11:00

20:00

London

07:00

16:00

10:00

19:00

12:00

21:00

Amerika

Nyu-York

12:00

21:00

15:00

00:00

17:00

2:00

Çikaqo

13:00

22:00

16:00

01:00

18:00

3:00

Hər bir regional Foreks bazarının özünün məxsusi xüsusiyyətləri vardır:

Asiya bazarı –Foreksdə iş saatları

Bu ticarət sessiyası zamanı ən fəal əməliyyatlar ABŞ dollarının yenə (USDJPY), avronun yenə (EURJPY), avronun ABŞ dollarına (EURUSD) və Avstraliya dollarının ABŞ dollarına (EURUSD) dəyişdirilməsi ilə bağlı sövdələr olur.

Avropa bazarı – Foreksdə iş saatları

Avropada ticarət sessiyalarının cədvəli saat qurşaqlarındakı fərqə görə Asiyadan xeyli fərqlənir. Mərkəzi Avropa saatlarına əsasən Frankfurt bazarı saat 8:00-da, London isə 9:00-da açılır. Bu zaman Avropa maliyyə mərkəzlərində ticarət aparılır. London Foreks bazarında ticarət başlandan sonra ən məşhur valyuta cütlüklərinin volatilliyi nəzərə çarpacaq qədər yüksəlir. Nahara doğru ticarətlərin fəallığı nisbətən azalır, amma axşama doğru oyunçular yenə aktiv əməliyyatlar həyata keçirirlər. Avropa ticarət sessiyasında kurs dəyişikliyi böyük əhəmiyyət daşıya bilər, çünki pul vəsaitlərinin əsas hissəsi Avropa ərazisində cəmlənib.

Amerikan bazarı – Foreksdə iş saatı

Foreks bazarının ən qaynar əməliyyatları isə Nyu-York sessiyasının açılışı ilə başlayır. Həmin vaxtda amerikan bankları Foreksdə ticarət fəaliyyətinə başlayır. Həmçinin Avropa liderləri də nahardan qayıtmış olur. Avropa və Amerikan banklarının bazara təsir qüvvəsi təxminən bərabərdir. Ona görə

Avropa sessiyasının başlamasından fərqli olaraq, bu dəfə bazarda nəzərə çarpacaq qədər dəyişiklik olmur. Amma Avropa sessiyası bağlandıqdan sonra volatillik yüksələ bilər. Adətən bu beşinci gün axşam vaxtı, həftə sonundan öncə baş verir. Amerikan sessiyası ticarətdə daha aqressivdir.

Son xəbərlər
Digər xəbərlər