15 C
Baku
Saturday, April 27, 2024

Tiffany şirkətinin keçmiş vitse-prezidenti həbs edildi

Tiffany & Co zərgərlik şirkətinin keçmiş vitse-prezidenti Ingrid Lederhaas-Okun 2 milyon dollardan artıq dəyərə sahib olan zinət əşyalarının oğurlanmasında təqsirli bilinmiş və 1 il 1 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Bu haqda məlumat Associated Press agentliyinə istinadən verilmişdir.

Təhqiqatın aşkar etdiyinə görə, Lederhaas-Okun 2012-ci ilin noyabrından 2013-cü ilin fevral ayına qədər Tiffany şirkətinin seyfindən qiymətli metallardan hazırlanmış 164 zinət əşyasını mənimsəmişdir. O bu zinət əşyalarının bir hissəsini satmış, bir hissəsini isə Konnektikutda yerləşən evində gizlətmişdir.

1991-ci ildən etibarən Tiffany & Co. şirkətində vitse-prezident vəzifəsində işləyən Lederhaas-Okun müştərilərlə məhsulun dəyəri barədə məsləhətləşmək üçün mağazadan zinət əşyaları götürə bilərdi. 164 zinət əşyasının satılması onun şirkətdən getməsindən sonra aşkar edilir.

Şirkətin keçmiş yüksək rütbəli əməkdaşı bu hadisədə iyul ayının əvvəllərində təqsirli bilinmişdi və o özünü təqsirli hesab edirdi. Məhkəmə prosesi Nyu-Yorkun federal məhkəməsində həyata keçirildi. Verilən məlumatlara görə, Lederhaas-Okun 250 min dollar həcmində təzminat vermiş və məhkəmə zamanı azadlıqda olmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər