15 C
Baku
Saturday, April 20, 2024

Time management: vaxtın idarə edilməsinin sadə yolları

Çoxumuzun yaşadığı ritmi sakit və düzgün adlandırmaq olmaz. Vaxt çatışmazlığı və ağır iş kimi sınaqların öhdəsindən hər kəs gələ bilmir. Emosional gərginlik məhsuldarlığı aşağı salır, tez yorulmaya və apatiyaya gətirib çıxarır. Buna görə də, stress və ya xroniki yorğunluğun qurbanı olmamaq üçün, vaxtın idarə edilməsi və ya time management ilə məşğul olaq.

Bütün uğurlu insanlar bunu edir

Bütün uğurlu insanlar çox məhsuldardırlar. Onlar çox işləyirlər və bir çox işi çatdırırlar, bu isə eyni şey deyil. Məhsuldarlıq dedikdə, ilk növbədə, proses deyil nəticə nəzərdə tutulur. Məhsuldarlığınızı artırmaq niyyətindəsinizsə, bunu mütləq şəkildə edin. İnsanlar məhsuldarlığını artırmağa qərar vermədikləri üçün vaxtlarını boşa sərf edirlər.

Planlaşdırma vaxt qazandırır

Həyatlarında uğur əldə edənlər planlaşdırmaya çox vaxt ayırırlar. Gündəlik planlaşdırma məhsuldarlığı artırmaq və vaxtın səmərəli idarəedilməsi üçün çox önəmlidir.

Planlaşdırma və düşüncə həmişə kağız üzərində olmalıdır. Məqsədlər kağız üzərində deyilsə, o zaman onlar mövcud deyil. Vəzifələrin siyahısı sanki nəzərdə tutulan məqsədə çatmaq üçün yolunuzu itirməyə imkan verməyən bir xəritədir.

Ən əsası vacib olanı müəyyən etməkdir

Time management-in vəzifəsi əsas işi vaxtında müəyyən etməkdən ibarətdir. Prioritetlərin müəyyən edilməsi planlaşdırılan işlərin siyahısını effektiv şəkildə idarə etməyə və hər bir məsələni vaciblik dərəcəsinə görə müəyyən etməyə imkan verir. Vacib məsələni müəyyən etdikdən sonra, o yerinə yetirildikdə və ya yetirilmədikdə qarşılaşacağınız nəticələri qiymətləndirin. Vacib məsələ vaxtında yerinə yetirilmədikdə ciddi nəticələrə səbəb olur.

Məcburi effektivlik qanunu

Vaxtın idarə olunmasının əsas sirri konsentrasiya və məqsədəuyğunluqdur. Ən vacib məsələlərin həllindən başlayın və hər şeyi ardıcıl olaraq edin, yəni müəyyən vaxt ərzində bir məsələnin həlli ilə məşğul olun. Bir işi yarıda qoyaraq və ona təkrar-təkrar qayıdaraq, effektivliyinizi 5 dəfə azaldırsınız.

“Qurbağanı yemək” nə deməkdir?

Uğurlu biznes-konsultant Brayan Treysi qurbağanı gün ərzində etməli olduğunuz ən xoşagəlməz və vacib iş ilə müqayisə edir. Onu sonraya saxlayaraq, lazımsız emosional gərginlik və istənməyən nəticələr yaradırsınız. Çox tərəddüd etmədən və gecikmədən hərəkət etmək lazımdır – sadəcə götürün və edin. Bu sizə gün ərzində gümrahlıq bəxş edəcək.

“Yox” sözü vaxta qənaət edir

Vaxtınızı təşkil etmək üçün ən vacib söz nəzakətli “yox”-dur. Seçdiyiniz prioritetlər arasında olmayan işlərdən imtina etməyi və onlara “yox” deməyi öyrənin. Nəzakətli olun və elə imtina edin ki, insan ondan deyil, onun işindən imtina etdiyinizi başa düşsün.

Zibil vedrəsi nəyə qadirdir?

Yaxşı nəticə göstərən insanlar təmiz stol arxasında işləyirlər. Məhsuldar olmayan və işini planlaşdıra bilmyən insanların stolunun üstundə xaos olur. Sənədləri vaxtında seçmək, lazımsız olanları tullamaq və təmiz stol arxasında işləməyi vərdişə çevirin. İş vaxtının 30%-i lazımi kağızın axtarışlarına sərf olunur.

Balans prinsipi

Getdikcə artan iş həcmini görəndə panikaya düşməməyin ən sadə yolu dərindən nəfəs alıb “Mən yalnız bacardığımı edə bilərəm” deyib, sakitcə siyahı tərtib etməyə başlamaqdır. Qarşınızdakı işləri gördükdə anlayacaqsınız ki, vacib məsələri həll etməyə vaxtınız çatacaq. Həyatınızda balansın olduğundan əmin olun.

Son xəbərlər
Digər xəbərlər