18 C
Baku
Thursday, April 25, 2024

“Too big to fail” – beynəlxalq maliyyə termininin izahı

Too big to fail  – nəhəng şirkətlərin geniş miqyaslı böhranla üzləşməsi halında iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir edəcəyi vəziyyəti təsvir etmək üçün istifadə olunan beynəlxalq maliyyə terminidir.

Sözügedən bu terminin kim tərəfindən yaradıldığını dəqiq olaraq demək çətin olsa da, müxtəlif dövrlərdə bu anlayışdan istifadə edilməsi iqtisadçı Hayman Minsk, amerikalı konqresmen Stuart Mak-Kin və ABŞ FES-nin idarə heyətinin sədri Ben Bernanke-nin adı ilə də əlaqələndirilir.

“Too big to fail” terminindən 2008-ci ildə Amerikanın nəhəng investisiya bankı Lehman Brothers-in müflisliyi ilə əlaqəli olaraq yaşanan maliyyə-iqtisadi böhranından sonra fəal olaraq istifadə olunmağa başlanılır.

Bu terminin tərəfdarları belə hesab edirlər ki, bu cür maliyyə institutları öz həyat qabiliyyətlərini təmin etmək üçün dövlət və yaxud mərkəzi banklar tərəfindən müəyyən güzəştlərə sahib olmalıdırlar.

Termin əleyhinə çıxış edənlər isə belə iddia edirlər ki, “Too big to fail” kateqoriyasına daxil olan nəhəng şirkətlər məhsuldarlıq əleyhinədir və onların fəaliyyəti qeyri-effektivdirsə nəhəng banklar və digər maliyyə təşkilatları onların taleyini həll etməkdə rola sahib olmalıdır.

Maraqlıdır ki, bu termini dəstəkləyən və əleyhinə çıxış edən “barrikadalar” tərəfində bir çox məşhur və hörmət qazanmış mütəxəssislər də var. Belə ki, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı olan Pol Kruqman belə hesab edir ki, nəhəng maliyyə institutlarını ümumi cəhdlərlə qoruyub saxlamaqda heç bir pis cəhət yoxdur. Lakin bir şərtlə ki, onları idarə etmə prosesi onların iqtisadi təsirlərinə uyğun olaraq həyata keçirilsin.

Əvvəllər yalnızca mütəxəssislər tərəfindən istifadə olunan “Too big to fail” termini hazırda xüsusilə ABŞ-da gündəlik danışıqda o qədər fəal olaraq istifadə olunur ki, bu adla teleserial belə mövcuddur.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər