16 C
Baku
Thursday, April 25, 2024

TQDK-nın binası belə olacaq

Bina qurumun hazırkı binsaının yerində inşa ediləcək

Xəbərçi Yaxın günlərdə Həsən Əliyev küçəsində yerləşən və TQDK-nın hazırda fəaliyyət göstərdiyi bina söküləcək.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün tikiləcək yeni binanın layihə görüntüləri təqdim olunub.

Komissiyanın yeni binasının TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcəyi dəqiqləşib. Yayılan fotoların isə yeni bina üçün təklif edilən layihələrdən biri olduğu bildirilir.

Qeyd edək ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır. Yeni bina tikilənə qədər isə TQDK Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.

ANS PRESS

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər