25 C
Baku
Friday, April 19, 2024

Trampın tvitindən sonra Amazon 53 milyard dollar itirib

ABŞ-ın prezidenti Donald Tramp Amazonu tənqid edib. Xüsusilə, Trump şirkəti ədalətsiz oyunda ittiham edib, çünki Amazon ABŞ Ali Məhkəməsinin qərarına əsasən, offline mağazalarının olmadığı ölkələrdə satışlara görə vergi ödəmir: “Vergiləri tam olaraq ödəyən digər şirkətlər indi qeyri-bərabər şərtlərə görə ölkə daxilində olan mağazaları bağlayırlar”. Bundan əlavə, Trampa görə, Amazon mallarının çatdırılması ilə məşğul olan Amerika poçt sistemi kifayət qədər gəlir əldə etmir.

 

Florida ştatından senatoru Marco Rubio prezidenti dəstəkləyib: “İqtisadiyyatın yeni modelinin belə potensial inhisarları daha ciddi nəzarət altında olmalıdır”. Tvitlərin nəşr olunmasından sonra, Amazon səhmləri 3,9 % düşdüyü halda, S&P-nin indeksi 0,6% azalıb. Ümumilikdə prezident və senatorun bəyanatları şirkətə 53 milyard dollara başa gəlib.

 

Amazon Ceff Bezosun Amerika prezidenti tərəfindən tənqid olunan yeganə aktivi deyil. Tramp Bezosun 2013-cü ildə əldə etdiyi ən böyük ABŞ qəzetlərindən biri olan The Washington Post-u tez-tez tənqid edir. Prezident qəzeti yalançı adlandırır və onunla bağlı saxta xəbərlər yaydığını qeyd edir. Həmçinin Tramp Washington Post-u Amazonun xeyrinə lobbizmdə günahlandırıb, çünki şirkət online pərakəndə satış şirkətləri üçün vergi güzəştlərini dəstəkləyir. 2017-ci ilin mart ayından The Washington Post-un yeni şüarı yaranıb: “Demokratiya qaranlıqda ölür”.

Son xəbərlər
Digər xəbərlər